Ana və qızı 40 tikəyə şaqqalandı

Ana və qızı 40 tikəyə şaqqalandı
Maraqlı məlumatlar
10.09.2017 16
Ana və qızı 40 tikəyə şaqqalandı

Konqo Demokratik Respublikasında tükürpədici, dəhşətli cinayət törədilib.
 Ölkənin cənub-şərqindəki Katanqa vilayətinin inzibati mərkəzi Lumumbaşidən cənubdakı Şabauda qəsəbəsində 35 yaşlı qadınla onun 14 yaşlı qızı edam olunub.

 "Africa Times"a istinadən bildirir ki, qəsəbə sakinləri qadını cadugər sayaraq, son vaxtlar Şabaudada qəflətən dünyasını dəyişən 5 nəfərin məhz onun əlindən öldüyünü deyiblər.

Bundan başqa, qadınla qızı ay bədirlənən gecələrdə çağaları oğurlayaraq öldürməkdə və onların qanlarını içməkdə suçlanıblar.

Srağagün qadınla qızını evdən çıxarıb vəhşicəsinə döyən qəsəbə sakinləri "cəza"nı bitmiş sayıblar. Lakin dünən səhər ana və qızının cəsədləri qəsəbə kənarındakı cəngəllikdə tapılıb.
Onların cəsədləri şaqqalanmış, 40 tikəyə bölünmüşdü.

Yerli inanclara görə, "qara cadugər" 40 hissəyə parçalanarsa, onun "şər ruhu" yoxa çıxır.
Polis hadisə ilə bağlı qəsəbənin 12 sakinini şübhəli şəxs qismində həbs edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!