Gizli intim nikahı möhkəmləndirir?

Gizli intim nikahı möhkəmləndirir?
Maraqlı məlumatlar
10.09.2017 81
 
 




Arvadına xəyanət etmək istəyən ərlər və ərlərinə xəyanət edərək başqa kişi ilə yatağa girmək istəyən arvadlar üçün yaradılmış saytlar arasında biri superpopulyar olub.
 The Times-ə istinadən bildirir ki, İngiltərədəki "illicitencounters.com" saytı sürətlə məşhurlaşır. Ölkə əhalisinin 1 faizi, evli qadın və kişilərin isə 3 faizinin qeydiyyatdan keçdiyi bu saytın artıq 631238 üzvü var. Onlar arvadlarına xəyanət etmək istəyən, ya da artıq edən ərlərlə ərlərini "buynuzlu" edən qadınlardır.
The Times-in reportyoru Tom Uaypl sözügendən saytın Londondakı dəbdəbəli Soho səmtindəki bahalı gecə barlarından birində təşkil etdiyi gecə ziyafətinə qatılıb.
Özünü arvadına xəyanət etmək istəyən kişi kimi qələmə verən Uayplın yazdığına görə, ziyafətdə qadın və kişilərin üzlərində maskalar olub.
Qadınların boyunlarındakı boyunbağıdan qıfıl, kişilərdə isə açar asılmışdı.
"Kişi qadını, qadın da kişini bəyənəndə açarla qıfıl açılır, "cutlük" ziyafəti tərk edərək otelə yollanırdı", - Uaypl yazır.
"illicitencounters.com" saytında qeydiyyat qadınlar üçün pulsuzdursa, kişi bunun üçün 150 funt-sterlinq ödəməlidir.
Saytda qeydiyyatdan keçmiş qadınlardan biri, 41 yaşlı R.-nin dediyinə görə, belə ziafətlərə qatılaraq nikahdan kənar intimlə məşğul olsa da, ailəsini dağıtmaq fikrində deyil.
"Əksinə, saytın məqsədi ailələri qorumaqdır. Ərimin burada olmasından, saytda qeydiyyatda keçməyimdən xəbəri yoxdur. Bəli, başqa kişilərlə intimlə məşğul oluram. Amma ərimi sevirəm və boşanmaq fikrim də yoxdur", - 4 uşaq anası olan J. deyib.
8 il əvvəl yaradılan, indisə "ailəli adamların ən populyar xəyanət vasitəsi"nə çevrilən saytın ictimaiyyətlə əlaqələr üzrə meneceri Rosi Frimen-Consun dediyinə görə, onlar evli qadın və kişilərə yardım edirlər.
"Cəmiyyət nikahdan kənar cinsi əlaqələrə çox pis baxır. Əslində isə belə əlaqələr nikahı daha da möhkəmləndirir", - Rosi deyib.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!