Anam gözləyir

Anam gözləyir
Maraqlı məlumatlar
10.09.2017 12
Con Todd Rutecde (Vermont) çoxuşaqlı ailədə dünyaya gəlib.1880-cı illərin əvvəllərində ailə kəndə köçür.Və Conun valideynləri burada vəfat edir.Oğlan hələ çox kiçik idi.

 Onun xalalarından biri,mehriban və sevgi dolu qadın,Conu yanında saxlayacağını bildirir.O,altı yaşlı uşağın dalınca xidmətçisi Sezarı göndərir və Sezar at belində oğlanın dalınca yollanır.

 Xalanın evinə gedərkən yolda onlar söhbət etməyə başlayırlar.

 Con:Xalam indi evindədirmi?

 Sezar:Hə,evdədir və səni gözləyir.

 Con:Orda yaşamaq mənim xoşuma gələrmi?

 Sezar:Oğlum,sən yaxşı əllərdə olacaqsan.

 Con:O,məni sevərmi?

 Sezar:Onun çox mehriban ürəyi var.

 Con:Mənim ayrıca otağım olacaqmı?Bəs balaca it,küçük saxlamağa mənə icazə verərlərmi?

 Sezar:Orda artıq hər şey hazırdır,Con.

 Con:Birdən xalam bizi gözləməz və yatar?

 Sezar:Əsla ola bilməz!O səni hökmən gözləyəcək.Bax,meşədən çıxanda sən özün pəncərədə şam işığını görəcəksən.

 Belə də oldu,-evə yaxınlaşanda Con pəncərədə şam işığı gördü;onun xalası artırmada durmuşdu.Uşaq yaxınlaşmağa macal tapmamış,xalası aşağı düşdü,onu öpdü və dedi:"Evinə xoş gəlmisən!".

 Con Todd xalasının evində böyüdü və məşhur bir nazir oldu.Xalası isə ona ana oldu.Onun üçün əsil doğma bir yuva yarada bildi.

 İllər sonra xala Cona məktub yazaraq,səhhətinin artıq pisləşdiyini,ölümün yaxınlaşdığını bildirir.

 Con Todd isə görün nə cavab verir:

 "Əziz xalam

  Bir vaxtlar mən hara getdiyimi,qayğıma kimin qalacağını bilmədən və bəlkə də həyatımın sonu olacağını düşünərək ölümlər məskəninə tərk etdim.Yol uzun idi,lakin xidmətçiniz mənə ürək-dirək verdi.Nəhayət,sizin ağuşunuza və öz yeni yuvama düşdüm.Məni gözləyirdilər;özümü təhlükəsizlikdə hiss edirdim.Bu məktubla mən sizə demək istəyirəm:Sizidə kimsə gözləyir,Sizin otağınız hazırdır,isıq yandırılıb,qapı açılıb,Sizi isə səbirsizliklə gözləyirlər!Bilirəm.Bir dəfə mən sizi Tanrının hüzurunda görmüşəm...lap çoxdan!

 
Müəllif: Moments for Mothers (Analar üçün məqam) kitabındanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!