Bu da superlüks Cadillac Escalade

Bu da superlüks Cadillac Escalade
Maraqlı məlumatlar
10.09.2017 4
Biznesmenlər üçün seriya avtomobillərini dəbdəbəli səyyar kabinetə çevirən "Lexani Motorcars" şirkəti tamamlama işlərini sona çatdırdığı Cadillac Escalade Concept One yolsuzluq avtomobilini təqdim edib. Onun dizaynı müştərinin xüsusi sifarişi əsasında işlənmiş salona sahibdir və bu dəyişiklik onun sahibinə 320 000 dollara başa gəlib.
 
Cadillac Escalade interyeri iki zonaya bölünüb. Birinci zona sürücü və cangüdən üçün nəzərdə tutulub. İkinci zona isə avtomobil sahibinin iş kabineti kimi və biznes tərəfdaşlarını qəbul etmək üçün istifadə edilə biləcək. Arakəsmədə 40 düymlük Samsung LED Smart TV televizoru quraşdırılıb və birbaşa onun aşağısında yüksək keyfiyyətli İtaliya dərisi ilə işlənmiş iki qatlama kürsü yerləşir. Altı istiqamətdə nizamlanan və isitmə, havalanma və massaj funksiyalı daha iki dəri kürsü yük yeri qapısına doğru sürüşdürülüb.



Bortda iki ədəd 7 düymlük monitor, tamölçülü iPad Air planşeti, tutqunlaşan şüşələr, Contrl4 System idarəetmə sisteminin sensor displeyinin yerləşdiyi hündür mərkəzi konsol, bir cüt qatlama taxta stol və premial audiosistem də quraşdırılıb. Sürücü ilə telefon dəstəyi və ya arakəsməni yığışdırmaqla danışmaq mümkündür. Yolsuzluq avtomobili daxili tərtibatına onun sahibinin ad və soyadının baş hərfləri fərdilik əlavə edir.

Bu da superlüks Cadillac Escalade - Fotolar



Opsiyada avtomobil 24 karatlıq qızıldan dekorativ aksentlər, seyf, Espresso kofe maşını, həyəcan siqnallı təhlükəsizlik sistemi və videokonfranslar keçirmək üçün texnologiya ilə də təmin edilə bilər.
 


 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!