Küsülülük üç otaqdan ibarət olsa

Küsülülük üç otaqdan ibarət olsa
Maraqlı məlumatlar
10.09.2017 30
Küsülülük üç otaqdan ibarət olsa...
İnciyənlər...
İncidənlər...
Barışmaq istəyənlər....
Hansına daxil olardınız?
Mən....Əvvəl düşündüm inciyənlərdə olaram.Çünki hamıdan incidim...küsdüm...Məni anlamadılar...Anlayan da oldu.Amma səhv anladılar...Bezdim,ürək azadlığı, seçim azadlığı istədim..Dedim mən bu otağa daxil olub,orada yaşayacağam.
Amma vicdanım qoymadı.Bir -birinin ardıyca səhvlərimi mənə xatırladan suallar verdi.Hər bir verilən sualdan sonra tutulub qalırdım.Mənmi etdim bunları?
Sən heç kəsi incitmədinmi?
Sən heç kəsi küsdürmədinmi?
Yoxsa hamı bir tək səni görür?Hamını bir tək problemi var səni küsdürüb incitsinmi?
Yadına sal,seçim azadlığı dediyində, heç başqasını düşündünmü?Heç bir dəfə də olsun özünü o insanın yerində qoydunmu? Sən əslində sanki ürəyini dinləyib hərəkət edən, əslində ürəksiz birisən.
Mən beləyəmmi...?Düşdüm və ayaq saxladım...Dedim yəqin ikinci otağa daxil olacağam.
Amma,ümidim məni saxladı...Barışmaq istəməzsənmi?Bax insanlardan qaçaraq həm onları incitdin, həm özünü...Sən ürəyinin sakitliyini istəməzsənmi.Hər dəfəsində ürəyin ağrayacaq,düşünclərin səni rahat buraxayacaq,etdiyin hərəkətlər səni izləyəcək...Barışmaq istəməzsənmi?Gəl,sonuncu otağa daxil ol.Heç nəyi dəyişə bilməsəndə,ürəyin rahat olacaq.Barışdım deyə...
Amma mən üçüncü otağa daxil ola bilmərəm.Çünki o insanlar artıq birinci "İnciyənlər" otağına daxil olmuşlar...Heç bir otağa daxil olmadım...Sadəcə "Mən belə olsun istəməzdim" deyib çıxıb getdim həyatlarından...
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!