Sevgidə qürurun yeri varmı??

Sevgidə qürurun yeri varmı??
Maraqlı məlumatlar
10.09.2017 52
Son günlərdə Sevgidə qürurun yeri varmı?? deyə düşünürəm.Cavabsız suallarımı qarşıma qoyduğğum zaman buda onlardan birinə çevrilir.Ən sadə sualım belədir-Niyə???Qürurlu insan necə hərəkət edə bilir bunu anlamıram məsələn.Sevdiyimiz şəxs bizi aldatdığı zaman yada yalan söylədiyi zaman onu tərk edirik.Amma sonra o otaqda yalnız qalan biz olduqda bu hansımız üçün daha böyük bir cəza olur???Bütün bu olanlar ən sonda bizi yaralamırmı???Qürurumuzu qurtarmaq bədbəxtliyimizin,soruşduğum sualların səbəbidirsə əgər qürur doğurdanda bu qədər önəmlidirmi??Bu müzakirə etməyə açıq bir mövzudur.Kimiləri üçün qürur doğurdanda hər şeydən vacibdir.Belə sanıramki əksinə inanmağa çalışsamda məndə qürurumu bu dərəcədə önəmli görənlərdənəm.Qürurumuz gedənə qal deməyə qarşı çıxır.Niyə gedirsən? deyə bilə soruşa bilmirik.Çünki alacağımız cavablar qürurumuzu incidir.Amma almadığımız cavablar isə bir şəkildə qəlbimizi çox incidirlər.Cavablandırılmadıqları üçün heç itmirlər.Belə olmalıdırmı deyə özüm-özümdən soruşuram.Nədir bizlərdə bu qüruru yaşadan.Qorxu...Utancaqlıq...Hansı duyğu qırıntısı heç bir şey söyləmədən bizi geridə buraxmağa səbəb ola bilər?Yada hansı səbəb ona haqq verdirə bilər??Qürurumuz hansı bəhanəyə boyun əyir??Kaşki qürurumuzu yenə bilsəydik.Onun sayəsində dənizlərdə boğulmağı gözə ala bilmirəm.Okeanları xəyal edirik amma sonda bir su damcısında boğulan hər zaman biz oluruq...Qürurumuzla birlikdə batırıq...Çıxabilmirik.
P.S: Sizin üçün qürur nədir???
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!