Azərbaycanda insanı canından bezdirən səbəblər və axmaq düşüncələr

Azərbaycanda insanı canından bezdirən səbəblər və axmaq düşüncələr
Maraqlı məlumatlar
10.09.2017 32
 
Mən iqlimimizi,təbiətimizi,coğrafi mövqeyimizi,yaxşısıyla yamanıyla vətənimizi çox sevirəm!Fəqət,bəzən o qədər bezirəm ki,buralardan çox uzağa-okeanda hansısa uzaq bir adaya qaçmaq istəyirəm!

Məni bezdirən səbəblər isə o qədər çoxdur ki...
Ürəyimcə keyfiyyətdə təhsil ala bilməməkdən,tərs,anlayışsız,acıdil müəllimlərdən,rəhbərlərdən BEZİRƏM!!!
Qızlara "evlərə düşəcək" gözüylə baxılmasından,onlara yaxşı qismət tapmaq üçün riyakarlığı,ikiüzlülüyü aşılayan öyüd-nəsihətlər verilməsindən BEZİRƏM!!!
Yas və ya toy mərasimlərində yersiz və abardılmış artıq adətlərdən BEZİRƏM!!!
30 yaşını keçmiş hansısa oğlanın evlənmək üçün "təmiz evi qızı" tapmaq niyyətiylə gənc qız axtarışına çıxmasından,əsl mənəvi təmizliyin elə 30 yaşlı qızda da ola biləcəyini dərk etməməsindən BEZİRƏM!!!
Fiziki gözəlliyin mənəvi paklıqdan üstün tutulmasından,zəngin ailələrin qızlarının saxtakarcasına ağız dolusu təriflənmələrindən,İnsanların pul hərisliklərindən,acgözlüklərindən,valideynlərin övladlarına varlı və ad-sanlı ailələrdən həyat yoldaşı arzulamasından BEZİRƏM!!!
Məktəbdə dərsləri keyfiyyətsiz olan azyaşlı qızları üçün gələn elçilərlə fəxr edən,getdiyi hər məclisdə qızını ağız dolusu tərifləyən anaların söhbətlərindən BEZİRƏM!!!
Qiybət,dedi-qodu eşitməkdən,eşidiyim cümlələrdəki yalnışları düzəltməkdən,paxıllıqlardan,qısqanclıqlardan,insanların bir-birlərinə nifrət etməsindən BEZİRƏM!!!
Evləndiyindən çox az zaman keçməsinə baxmayaraq,həyat yoldaşından zərrə qədər hörmət və qaygı görməyən,amma yerini möhkəmləndirmək məqsədiylə ard-arda uşaqlar dünyaya gətirən,sonra da uşaqlarının xətriyçün hər əzaba qatlaşdığını bəhanə edən qadınların özlərini bu cür əzdirməsinin şahidi olmaqdan BEZİRƏM!!!
Allahın varlığını danan ağılsızcasına fikirlərdən,Allaha inandığını deyib onun qüdrətini əksik tanıyanlarım yarımçıq imanlarından BEZİRƏM!!!
İnsanların həyatın faniliyini dərk etməməsindən,elə hey yalnış hesabların arxasınca qaçmasından,üzlərdə təbəssümə həsrət qalmaqdan,kobudluqlardan,acıdilliliklərdən,insanların bir-birlərinə rişxənd dolu baxışlarından BEZİRƏM!!!
Bütün bu bezdiklərimə baxmayaraq yenə də nələrsə bunlara güc gəlir və hələ ki, Dözürəm!
Müəllif:R.Əzizova
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!