Çox darıxmışam Atam üçün

Çox darıxmışam Atam üçün
Maraqlı məlumatlar
10.09.2017 95
Darıxıram Atam üçün həmdə çox. Bulud kimi dolub boşalıram. bəzən kimsəsiz yer axtarıram göz yaşımı heçkim görməsin. bəzən səssiz bir yer axtarıram oturub ondan danışım öz özümə. bəzənsəz ancaq anamın yanında olmaq istəyirəm onun göz yaşlarını silim. bəzənsə ondanda qaçıramki göz yaşımı görməsin...

Kaş indi görərdin bizi ay ata qoymazdın gözümüzdən bir damla yaş axsın ama indi özün ağlar qoyub getdin... deyərdin siz heçvaxt tək deyilsiz ama indi sən tərk edib getdin. neylirəm sənin varlıgında bizlə maraqlanmayanların indiki aramsız zənglərini neylirəm ?

Biraz hövsələm olmayan kimi deyərdin qizim kim dəyib xətrinə maman kim ?

 

Çox darıxmışam saçlarıma sığal çəkən əllərin üçün qızım deyən səsin üçün ay Ata.Məni anlayan tək qoymayan atam hanrdasan? Niyə məni sənsiz qoydun axı?

Hərgün aramsız zənglərin üçün evimizdəki o isti nəfəsin üçün

o bəzən hirsli səsin üçün evimizdəki o qoxsun üçün darıxmışam..

 zəng vurub deyərdin nə problemin var deyirdim uzaqdasan desəm problemim nədi gələssən ? deyirdi bəhanəylə məni gətizdirmə ama problem olsa niyə gəlməyim qızım deyilsən canım evladım deyilsən ? deyirdim hə yaxşı problemim səninçün darıxıram fikrim səndə qalır işimdədə uğursuzluq olur aaaaağlımda sən olanda deyirdim bu ay gəl gələn aya qalma tezdən gəl eybiyox axşam get. ama indi onuda deyə bilmirəm. kaş elə sağ olardın uzaqda olardın bilərdimki yenə varsan canım bu qədər yanmazdı. ama yandırıb yaxıb getdin. gözümü yollarda qulağımıda səsdə qoydun bu yaşdada boynumu büküb getdin.. günlərdi evimizdə nə səsin var nə nəfəsin həmişə deyirdim nə vaxt gəlirsən bəs deyirdin a qızım bir salam verde telefonu açanda promoy deyirsən haçan gəlirsən gəlmirsəm mən gəlim. bax indi elə oldu indi sən bizi yox biz səni görməyə gələcəyik... oda fərqli olacaq səni canlı yox o bir ovuc quru torpağına sarılacayıq. kaş bilərdin necə darıxırıq səndən ötrü. hər anama baxdıqca ömrümdən ömür alır onun göz yaşları.. bilməzdim atasızlıq bu qədər can yandırarmış onuda yaşatdı atam bizə.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!