Mansory tüninqində Lamborghini - FOTOLAR

Mansory tüninqində Lamborghini - FOTOLAR
Maraqlı məlumatlar
10.09.2017 8
"Mansory” tüninq-atelyesi superkar "Lamborghini Aventador LP700-4”-ün tamamlama proqrammına yenidən baxdı və onu yenilədi. Satışdan sonrakı tüninq paketi banın aerodinamik asmasının yeni hissələri və unikal təkər disklərindən ibarətdir. İtaliya superkarının sahibləri istədikləri zaman alman tünerinin assortimentindən məhsuldarlığı bir neçə a.g. və ya iki dəfədən çox artıran detalları seçə bilərlər.

 

Əlbəttə yeni bodi-kit superkar "Carbonado”-da istifadə olunan bodi-kit kimi cəlbedici deyil, lakin o avtomobilin xarici görünüşünü daha da aqressiv edərək dizaynını dəyişdirir. Yeni asma ikiyaruslu splitteri olan karbon qabaq bamper, yan ətəklər, arxada spoyler və mürəkkəb formalı böyük diffuzoru olan arxa bamperdən ibarətdir.
Bundan başqa, çox sürətli kupe karbon lifindən hazırlanmış karbon qoymalar və eksklüziv disklər əldə etdi. Qabaq oxda 20 düymlük disklər 255/30, arxa oxda isə 21 düymlük disklər daha enli 345/25 ölçülü şinlərə "bürünüb”.

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!