Ibretamiz Fikirler

Ibretamiz Fikirler
Maraqlı məlumatlar
10.09.2017 41
1. Bildiklərimizə əməl edək. Bilmədiklərimizdə, məsələ məlum olmayınca dayanıb ehtiyat edək. Belə olduqda heç vaxt peşmanlıq və zərər bizə yol tapmaz. Əgər bu əzm bəndədə sabit və möhmək olsa, böyük Allah onu müvəffəq edəcək və ona yardımçı olacaq.
2. Bildiyinizə əməl edin, bilmədiyinizdən isə sizə aydın olmayınca ehtiyat edin. Aydın olduqdan sonra bilin ki, bəzi məlumatları ayaq altına atmısınız. Əməl etməyəndən moizə tələb edilsə, etiraz etmənin yeri var. Şübhəsiz ki, moizə eşidibsiniz, bilirsiniz, amma əməl etməmisiniz. Yoxsa məsələ sizə aydın olardı.
3. Günahın pis təsirlərindən biri də budur ki, Xaliqlə məxluq arasında hicab yaradır. Özünü bəyənmə və özünü sevmək günahından qalın heç bir hicab yoxdur. İnsan özünü gördüyü və özünə etimad etdiyi zamandan etibarən giriftarçılıqlar başlayır.
4. Özünü tərbiyə dedikdə, insanın pis əxlaqları bir-bir araşdırması və onların mənşəyini tapması nəzərdə tutulur. Əxlaqın saflaşdırılması dedikdə, insanın özünü saflaşma və tərbiyə etməyə məşğul olması nəzərdə tutulur. Bağbanın xüsusi tərzlə ağac və gülləri yetişdirdiyi kimi. O artıq budaqları kəsir və zərərvericiləri məhv edir.
5. Dünya imtahan evidir. Bütün insanların bir növ çətinlik və problemləri var. Dünya çətinliyindən xilas olmaq yolu yoxdur. Lakin, Əhli-beytin (ə) bərəkət və inayətilə ötəridir. Elə iş görün ki, axirətdə peşiman olmayasınız. Dünyadakı əməl, axirətin tərəzisidir. Buna görə, öz əməlinizi ixlasla və Allahın razılığı üçün edin ki, rəhmət qapıları sizin üzünüzə açılsın.
6. Bilin ki, cavanlıq böyük sərmayə, amma ötəridir. Belə ki, onun qayıtması mümkün deyil. Buna əsasən, o şəxslərlə ünsiyyətdən çəkinin ki, onlarla ünsiyyətdə insanın ömrü hədər gedir. Şəri vəzifələri yerinə yetirməkdə, mənəvi təkamül əldə etməkdə ciddi səy göstərin. Bilin ki, şəri məsələlərə diqqət hər bir işin önündədir
7. Öz etiqadınızı möhkəmləndirin. Gördüyünüz hər bir şeydən ibrət alın. Diqqət edin, görün ki, bəzi şəxslər necə də dünya ləzzətlərini axirətdən üstün tutur və öz gecə-gündüzlərini heyvani qərizələrə qurban verirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!