Yalnız da xoşbəxt olmaq mümkündür

Yalnız da xoşbəxt olmaq mümkündür
Maraqlı məlumatlar
10.09.2017 30
Yalnız və xoşbəxt olmaq son dərəcə azad bir haldır. Qadınlar.biz yalnız ikən də xoşbəxt olmağın yollarını təqdim edir.
 
Gözəl bir şey edin
 
Əgər yanınızda dost tapa bilmirsizsə, hər şeyi tək də edə bilərsiz. Sevdiyiniz bir musiqiçinin konsertinə gedə bilərsiz, ya dükanlarda endirim olan günlər təkbaşına istədiyiniz kimi alış-veriş edə bilərsiz.
 
Sizi xoşbəxt edən şeylərin siyahısını yazın
 
Son zamanlar etdiklərinizin bir siyahısını yazın. Başınıza gələn ən əyləncəli şeyləri, içində özünüzü möhtəşəm hiss etdiyiniz geyimləri, sizə deyilən ən gözəl iltifatları. Bunlar sizin necə yaxşı bir insan olduğunuzu hiss etdirəcək.
 
Mahnı oxuyun
 
Bəzən sizi kimsə izləməyəndə çox əylənə bilərsiz. Evdə pijamanızı geyinib ürəyiniz istədiyi qədər mahnı oxuyun. Ya da velosipedə minib şəhər turuna çıxın.
 
Bir nəfərlik kino seansı
 
Sevdiyiniz filmlər dostlarınızın xoşuna gəlmir? O zaman niyə təkbaşına getməyəsiz ki?
 
Həmişə öyrənmək istədikləriniz
 
Özünüzə zaman ayıraraq həmin vaxtı öyrənmək istədiklərinizə sərf edə bilərsiz.
 
İnsanlarla yenidən münasibət qurmağa çalışın
 
Sonsuzadək yalnız qalmayacaqsız təbii ki. Bir az dincəldikdən sonra yenidən sosiallaşıb dostlarınızla görüşə, əylənə bilərsiz.
 
Özünüzə yeni baxışla baxın
 
Saç kəsiminiz xoşunuza gəlirmi? Ayaqqabınız tərzinizə uyğundurmu? İnsanlar tez-tez dəyişən varlıqlardır. Siz də qorxmayın, dəyişməyə çalışın. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!