Gözəl gül [hekayə]

Gözəl gül [hekayə]
Maraqlı məlumatlar
10.09.2017 46
Qədim zamanlarda bir qəsəbədə bir qız var idi. Bu qız o qədər gözəl idi ki, onunla evlənmək üçün dünyanın hər yerindən ən varlı, ən yaraşıqlı adamlar gəlirdi. Ancaq qız heç kimi bəyənmirdi. Bu qəsəbədə yaşayan bir oğlan da bu qıza aşiq idi. Ancaq qız ona da könül vermirdi. Aradan illər keçdi. Oğlan başqa şəhərə getdi. Orada ev – eşik qurub, yaşamağa başladı. Bir gün yolu doğma qəsəbəsindən düşdü. Orada tanış bir adamla qarşılaşdı. Həmin qızı soruşdu. Qız ailə qurmuşdu. Oğlan qızla evlənən adamın kim olduğunu öyrənmək istədi. Bir yerdə gizlənib o, evdən çıxana qədər gözlədi. Ancaq gördüklərinə inana bilmədi. Çünki qarşısında kök və eybəcər bir adam var idi. Üz – gözündən varlı adama da oxşamırdı. Oğlanı maraq götürdü. Gedib qızın qapısını döydü. Özünü nişan verib, niyə belə bir adamla evləndiyini soruşdu. Qız da: “Əgər həyətimizdəki bağçadan ən gözəl gülü dərib gətirsən, sənə cavab verərəm, - dedi , - Ancaq bir şərtim var. Gərək geri dönüb baxmayasan”. Oğlan qızın dediyi kimi etdi. Əvvəlcə qarşısına sarı bir gül çıxdı. Əyilib dərmək istəyirdi ki, yaxınlıqda qırmızı bir gül gördü. Ona tərəf getmək isyəyirdi ki, ağ bir güllə qarşılaşdı. Beləcə bağçanın axırına çıxdı. Əlacsız qalıb oradakı güllərdən birini dərdi. Qız oğlanın əlindəki solmuş gülü görüb dedi: “Gördün? Həyatda həmişə ən yaxşısını tapmağa çalışırsan, vaxt keçir, sonra da ən pisi ilə razılaşmalı olursan”...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!