Təmiz bir kağız

Təmiz bir kağız
Maraqlı məlumatlar
10.09.2017 11
İndi sizə desəm ki,insanoğlunun təmiz bir kağız parçasından fərqi yoxdur bəlkə də mənim nə demək istədiyimi anlamarsınız.Elə isə diqqətlə oxuyun.İnsan eynilə bir kağız kimi tər-təmiz gələr dünyaya.Ömrünün sonuna qədər o kağıza bir sürü yazılar yazılar.Həyatında edib etmədikləri barəsində.Əgər o yazıları ibadətləri ilə,gözəl əməlləri ilə yazsa,o zaman özünün nə qədər dəyərli olduğunu anlayar. Məsələn... Bir kağız masanın üstündə başqa kağızlarla birlikdə dayanırmış. Qəflətən mürəkkəbli bir qələm kağızın üstünə bir çox söz yazmış; onu hərflərlə və işarələrlə doldurmuş. Kağız çox əsəbləşmiş buna. Mürəkkəbə söyləmiş ki, "Mən də yoldaşlarım kimi tərtəmizdim ! Quru ləkələrlə kirlətdin məni, etdiyin işə bir bax" - "Səni çirklətmədim" demiş mürəkkəb. "Sözlərlə doldurdum. İndi bir məna dolu kağız oldun. Artıq bir kağız parçası deyil, dəyəri və mesajı olan bir varlıqsan. İnsan düşüncəsinin bir məhsulu oldun... Qiymətli bir sənəd oldun. Bir müddət sonra, qadının biri masanı təmizləyərkən. Kağızları yığmış.Sobaya atəşə atacaqkən, içlərindən birinin yazılı olduğunu görmüş. O kağızdan başqa, geri qalan bütün kağızların hamısını atəşə atıb yandırmış. Kağız o zaman anlamış mürəkkəbin etdiyi işin nə qədər əhəmiyyətli olduğunu.
 
Elxan Mehdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!