Toylarımız adət ənənələrə uyğundurmu???

Toylarımız adət ənənələrə uyğundurmu???
Maraqlı məlumatlar
10.09.2017 37
 
Toya getməyi bir çox ailələr artıq problem kimi qəbul edir. Bir-birini sevib evlənən iki gəncin sevincini toya gələn 500 nəfərdən bəlkə də heç 50-si hiss etmir. Əvvəllər toylarda bəylə gəlin rəqs etməzdi, amma indi "qonşudan nəyim əksikdi? O elədisə, mən də etməliyəm" düşüncəsiylə toydan əvvəl rəqs də hazırlanır. Toylarımızın mənfi tərəflərindən o qədər danışmaq olar ki. Sonda qalan yeməklər, "səs-küy" xarakterli "musiqi", içib hadisə salmaq, gəlinlərin açıq geyimi, köhnə yeməklər və s. Kənd toylarına maraq azalsa da, bu toyları sevənlər az deyil. Müzakirə mövzumuz toylarımızdırsa, deməli uzun müzakirə olacaq.
 
Bu yaxınlarda bir toyda oldum və sonda valideynlər üzülmüşdülər, çünki qızın cehiz pullarını toydan qalan pul ödəmirdi. Qızın geyimi və ümumi bəzənməyi 1100 manata başa gəlmişdi. Borc içində bir ailə və 1100 Manatlıq bəzək-düzək. Sizcə bu doğrudurmu?
Buyurun toylarımızda gəlinlərin geyimi, yeməklər, musiqi, rəqslər haqqında fikirlərinizi bildirin.
 
1. Öz toyunuzun necə olmağını istərdiniz? Ən yadınızda qalan toy necə olub?
2. Toyunuzda içkinin olmamağıyla bağlı bir qadağa olacaqmı?
3. Toylardakı çalğıçı və müğənnilərlə bağlı nə düşünürsünüz?
4. Sizcə toya getmək axşam gözəl yeməklər yemək yoxsa evliliyi təbrik etmək kimi başa düşülür?
5. Gəlinlərin bəzədilməsi necə, xoşunuza gəlirmi?
6. İndiki toylarımızda hansı adət-ənənələr qalıb və ya itib?
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!