Porsche-dən yenilənmiş Cayenne GTS fotolar

Porsche-dən yenilənmiş Cayenne GTS fotolar
Maraqlı məlumatlar
10.09.2017 8
"Porsche” şirkəti rəsmi təqdimat mərasimi 2014-cü il noyabrın 19-da keçiriləcək yenilənmiş yolsuzluq avtomobili "Cayenne GTS”-in şəkilləri və onun haqqında informasiya ilə bölüşdü. "Porsche Cayenne GTS”-in xarici görünüşü yüngül dəyişikliklərə məruz qaldı: banın qabaq hissəsi böyük hava çıxışları, Sport-Design paketi, daha aydın ifadə edilmiş kənarları olan yan üz və genişləndirilmiş təkər yarımhalqaları əldə etdi. Bundan başqa avtomobil qara rəngdə qazçıxma boruları, tündləşdirilmiş diodlu arxa fənərlər, həmçinin biksenon fənərlərin daxili qoymalarını əldə etdi.

 

Əsas dəyişikliklər "Porsche Cayenne GTS”-in kapotunun altında baş verdi. Bundan sonra yolsuzluq avtomobilinin baza versiyasında 440 a.g. və 600 Nm fırlanma anı verən 3,6 litrlik altısilindrli biturbo mühərriki yerləşdirilib. 0-dan 100 km/saata "Cayenne GTS” 5,2 və ya opsional Sport Chrono paketi ilə 5,1 saniyəyə sürət yığır ki, bu da müvafiq olaraq əvvəlki modelin göstəricisindən 0,5 və 0,6 saniyə azdır. Yeniliyin maksimal sürəti – 242 km/saatdır. Bundan başqa, adi "Porsche Cayenne GTS” PASM amortizatorlarının sərtliyinin tənzimləyən sistem əldə etdi. Bu sistem yol işığı zolağını 24 mm azaldır (opsional pnevmoasılqan 20 mm aşağı düşür).

 

Bundan başqa, "Cayenne Turbo”-nun arxa oxda 390 mm-lik diskləri olan əyləc sistemi götürülmüşdür (Turbo modelləri üçün səciyyəvi olan qırmızı rəngə boyanmış əyləc supportları). "Porsche Cayenne GTS”-in salonunda dəri və alkantara ilə örtülmüş səkkizpozisiyalı elektrik tənzimləyicisi olan idman oturacaqları və başaltılarda "GTS” yazısı meydana gəlib. Salonun elementlərinin böyük bir hissəsi alkantara ilə örtülüb. Seçim kimi salon üçün Carmine Red və Rhodium Silver rəngi olan paket təklif olunur. "Cayenne” və "Cayenne GTS”-in dünya premyerası 2014-cü ilin noyabrın 19-da Los-Anceles avtosalonunda keçiriləcək.
 


 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!