Hər kəs kimi yalnız üzdə görünən xoş bir maskam

Hər kəs kimi yalnız üzdə görünən xoş bir maskam
Maraqlı məlumatlar
10.09.2017 31
Sakit bir musiqi dinləməyə başlayıram. İndi çox sakitlikdi... Otaq sakit, küçə sakit, hər kəs susub sanki hər şey susub sanki... Bir tək musiqi səsi gəlir qulaqlarına və yaşayırsan o musiqini. Kimiləri yatıb, kimiləri oyaqdı,hər kəs bir-birindən xəbərsiz bir gecədə yaşayır.Kimiləri gülür, kimiləri sevinir, kimiləri kədərlidi, kimiləri dərd çəkir, kimiləri sevdi deyə sevinir, özünü xoşbəxt hiss edir, kimisi isə ayrıldı deyə kədərlidi. Gecələr susqunluqlar üçündür bəlkə də, ya da yox, gecə dərdlər üçündür... Sən susarsan dərdlərin danişar, ürəyindəki yaralar fikrinlə, düşüncənlə danişar. Bu həyatda nələrə sahib olduğun, nələrə nail olduğun, nələr etdiyini, nələr edəcəyini düşünürsən. Sabahını düşünürsən, yaşadığın bu gecəni düşünürsən, özünü tənha hiss edirsən. Hər kəs tənhadı amma yenə də sən özünü hər kəsdən kənarda hiss edərsən. Səhər açılar, bəzən gülüşünlə, bəzən isə kədərinlə açılar. Günlər davam edər, saat öz əqrəbləri ilə zamanı döndürər, zaman gedər, sən də gedərsən. Kimləri həyatından gedər, kimiləri başqalarından gedib sənə gələr. Həyat davam edər, yaşadıqca anlayarsan bu həyatı, yaşadıqca öyrənərsən gerçəkləri. Seçimlər, ağılsızlıqlar, düşüncəsizliklər səni məhv edər. Yaşayarsan... Zamanla öyrənərsən hər şeyi. Bəzən öz-özümə düşünürəm ki, bəlkə sərt biri olum?! Amma sonra yadıma qəlbimin qırıntıları düşür pis oluram. Heç kimi üzməyim deyirəm. Çalışıram ki, xoş görünüm, bacardığım qədər heç kimi incitməyim. Səmimi oluram, hər şeyi unudub dəyər verməyə başlayiram.Sanki, yeni bir həyat qurursanmiş kimi yaşayarsan, saatlar keçər, günlər keçər və o, heyatindan ötüb keçənlər sırasına gələr. O, da gedər... Yenə düşünərsən, yenə tək qalarsan. Bir daha bu səhvləri etməyəcəm, deyə özünə söz verərsən amma sabah yenə də başlayarsan bu həyatda etmerem dediklerinde baş rolda oynamağa. Oynayarsan, yenə də olan sənə olar, yenə də yaşamında problemlər yaranar. Mən bəzən özümdən yazmaq istəyirəm, bəzən isə özümü anlatmaq üçün sözlər tapa bilmirəm. Bəlkə bu həyatda ən pis insan elə özüməm. Sadəcə xoş görünən bir üzüm olsa da əslində hər kəsdən gizlətdiyim gerçəklərim var mənim. Mən yaxşı görünməyə çalişan bir insanam. Hər kəs kimi yalnız üzdə görünən xoş bir maskam..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!