Biz bu 3 qadını adam kimi sevə bilmədik

Biz bu 3 qadını adam kimi sevə bilmədik
Maraqlı məlumatlar
10.09.2017 39
Nə anamıza yaxşı bir övlad,
Nə yoldaşımıza yaxşı bir ər,
Nə də qızımıza yaxşı bir ata olduq.
İllərcə üzərimizdə əməyi olan, hər an hər yaşda bizə titrəyən, gözündə hər vaxt körpəsi olduğumuz, evə gec gələndə yatmadığını gördüyümüz, məktəbdən qayıdarkən küçənin ortasında gözləri bizi axtaran, hər davranışımıza səbir göstərən və inciməyən, bizim dərdlərimizə bizdən daha çox kədərlənən, bizim üçün heç bir fədakarlıqdan qaçmayan ANALARIMIZ...

Və analarımızın əlindən tutub həyatımıza məna qatan həyatdakı ən gözəl dostumuz və ən şirin yoldaşımız, halalımız, həyat ortağımız, Uşaqlarımızın anası... Çətin anımızda başımızda gördüyümüz tək köməkçimiz, Xoşbəxtlikdə və çətinliklərdə tək paylaşdığımız, həyatımızın rəngi, ən gözəl şeirimiz, həyatımızın ən böyük dəstəkçisi HƏYAT YOLDAŞIMIZ...

Bir də şahzadəmiz. Bizə sevdalı bir ürək. Həyatında ilk öz gülümüz... Axşamları bizi səbirsizliklə gözləyən əllərimizə baxan sevgi dolu bir cüt göz... Hər vaxt və hər yaşda yanında olacağımızı bilən, bizə güvənən və bununla qürur duyan bir dənəmiz... Qisasçılardan və cadugərlərdən qoruyan qəhrəmanı olduğumuz, bizə qoruyucu mələk gözü ilə baxan, onun bizə, bizimdə ona aşiq olduğumuz QIZIMIZ...

Bu üç qadını sevgilərin ən gözəli ilə sevmək üçün düşünməyə ehtiyac yoxdur, bir səbəb axtarmağa ehtiyac yoxdur.
Sevmək üçün anamız, yoldaşımız və qızımız bəsdir...
Həmişə kişi rolunu oynadıq... Bəlkə də çox sevdik, amma heç cür sevgimizi ifadə edə bilmədik utandıq, yaraşmaz dedik... Gömgöy xülyalarının altındakı kürsüyə təpik vurduq.
Ürəyimizdən çıxan sevgi sözlərini dodaqlarımızı bağlayaraq ağızımızın içinə həbs etdik söyləmədik. Bal götürdüyümüz çiçəyimizin qiymətini bilmədik.
Niyə yoldaşımıza kiçik bir hədiyyə almaq bizə çox gəldi?
Anamızın xatirini soruşmaq və könlünü almaq üçün zəng etməyimizə nə idi mane olan?
Qızımıza ürəkdən sarılıb öpüb iyləməmizə hansı güc qarşı çıxırdı?
Əllərimizdən itkin getmədən,
Xəyal dünyamızın üç dənə nadir yarpağı düşmədən...
Onlar bizi qarşılıqsız heç bir mənfəət güdmədən sevirlər...
Oğlu olduğumuz üçün,
Həyat yoldaşı olduğumuz üçün,
Atası olduğumuz üçün,
Əgər onların bu sevgilərinə qarşılıq birazca əmək xərcləsəydik, baxışlarımıza bahar mövsümlərini gətirsəydik, sevgilərini layiq olsaydıq...
Bu üç qadın da bizim üçün canını verərdi...
Əslində həyatımızın melodiyasını onlar bizə çalır..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!