Olduğum mənmi? Olmaq istədiyim mənmi?

Olduğum mənmi? Olmaq istədiyim mənmi?
Maraqlı məlumatlar
10.09.2017 26
İndi belə düşün: Bir saatlıq bir zamanın var... Nə üçünmü? Onu görmək üçün...
Uzun müddətdir görmədiyin və çox görmək istədiyin onu görmək üçün... Keçmişi çox qurdalamadan son dəfə danışmaq üçün... Bir yerdə baş-başa bir yemək üçün... Amma yalnız bir saat...
O bir saata hazırlandığın müddəti düşün indi, başında dönən sualları: Nə geysəm? Saçımı necə darasam? Bu çantamı yoxsa qaramı? Ya ayaqqabı? Saat boyunbağı? ... Onun ən bəyəndiklərindənmi geyinsəm yoxsa heç görmədiyi "onun yoxluğunda" aldığım yenilərləmi çıxsam qarşısına? Davranışım necə olmalı? Olduğum kimimi çıxmalıyam ya da yalan qəhqəhələrlə "yıxılmadım ayaqdayam" kimi ?

"Nələri düşünür insan" deyib özünə aynada baxarkən bəlkə də bu keçər ağılından: Onu görüncə ağlamaq gəlirsə ağlasammı? Yoxsa tutsammı özümü; görüncə boyunamı sarılsam yoxsa yalnız salammı desəm... Yəni mən mənmi olsam yoxsa olmaq istədiyim mənimi oynasam? ...
Bəlkə də hadisənin açarı da o rəftar Ya içimdən gəldiyi kimi atılıb boyuna, "sənin üçün çox darıxdım" deyərək boynunu qucaqlamalıyam və bir saat əlini əlimdən ayırmamalıyam... Ya da ola bildiyincə sadə, soyuq və içim yanaraq amma "başımı dik tutaraq" özümcə qisas almalıyam?
Nə etməli bu vəziyyətdə insan, sevənmilimi? Yoxu var, varı yoxmu göstərməli?Yəni işin xülasəsi: "Yoxluğun mənə toxunmadı" rəftarıyla yalnız bir mesaj verməli və o xarakterimi oynamalısan? Yoxsa ürəyini ortaya qoyub mən hələ buraxdığın yerdəyəm deyərək ola bildiyincə sənmi olmalısan?İndi düşün! Yalnız bir saatlıq bir zamanın var... Qərar sənin...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!