Biz yatarkən beynimiz nə edir?

Biz yatarkən beynimiz nə edir?
Maraqlı məlumatlar
10.09.2017 14
Həyatımızın üçdə birini yataraq keçirdiyimiz bir həqiqətdir. Fiziki sağlığımız üçün yuxu keyfiyyəti və norması yediyimiz qidalar qədər önəmlidir. Ancaq yuxuya niyə ehtiyacımızın olduğu hələ də tam aydın deyil.



Enerjimizi artırdığını, əhvalımızı yüksəltdiyini bilirik. Bəs bütün orqanlarımız yuxu zamanı dincələrkən beynimiz niyə hələ də çalışır? Elm adamları bunu araşdırıb. 
 Yuxu zamanı bütün bədənimizin yavaşladığını bilirik. Beyin istisnadır. O, durmaq bilmir!  24 saat eyni sürətlə, eyni şəkildə çalışır.
 Yuxumuzda qərar veririk
 Beyin yuxu zamanı gün ərzində yaşadıqlarımızı təhlil edir və səhər oyandığımızda nə cür davranmağı artıq bilmiş oluruq. Araşdırmalar göstərir ki, yuxu zamanı işləməyə davam edən şüuraltı "qərar vermə” mexanizmi daha da sürətlənir.
 Xatirələri gücləndiririk
 Yuxu zamanı beyin o gün yaşadığmız hadisələrə şəkil verir. Hətta digər xatirələrlə birləşdirib ta uşaqlıq xatirələrinə qədər aralarında güclü bir bağ yaradır. Yeni məlumatları möhkəmləndirmək və sonra yaxşı xatırlamaq üçün yuxuya ehtiyacımız var. Gecə yatmadan əvvəl öyrəndiklərimizin səhər tezdən daha yaxşı yadımızda qalması da bununla bağlıdır. Ancaq imtahanla bağlı olaraq "səhərə qədər yatmadan oxuma” planı qurmadan əvvəl bir düşünün, yuxuya mütləq ehtiyacınız var.
 Ən yaxşı fikirlər yuxu zamanı ağlımıza gəlir
 Yuxu yaradıcılığın ən yaxın dostudur. Oyanıqkən ağlınıza gəlməyən şeylər yatarkən gələ bilər.
 Toksinləri təmizləyir
 Yuxu zamanı beynimiz bir az da təmizlik işləri ilə məşğul olur. İrəliləyən yaşlarda Alzehmir və Parkinsona yol açacaq zərərli molekullar yuxu zamanı beyindən təmizlənir.
 Uzun müddətli bacarıqlarımızı möhkəmləndiririk
 Maşın, velosiped sürmək, tenis oynamaq, ya da başqa bacarıqlarımızı yuxu zamanı möhkəmləndirir və daha da avtomatik hala gətiririk. Beynimizin "uzunmüddətli hafizə” bölməsi REM yuxusundaykən qızışdırılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!