Heyatinizda hec Qerarsiz oldugunuz anlar olubmu???

Heyatinizda hec Qerarsiz oldugunuz anlar olubmu???
Maraqlı məlumatlar
10.09.2017 32
Qərarlar... Həyatın hər hissəsində istəməsək də vermək məcburiyyətində olduğumuz qərarlar var. Bəzən beyin donur, bəzən də könüldən və həyəcan dolu verilən qərarlar olur.
Niyə həmişə bir otağın ortasında hansı istiqamətə dönmək haqqında qərar verə bilmirik?Bəzən o qərarlar əlimizi qolumuzu bağlayar və bizi mütləq bir seçim etməyə məcbur edər, bəzən də istəməsək belə bir istiqaməti seçmək məcburiyyətindəyik.
Əslində hər seçimdə itirdiyimiz də olur bizim.Bəziləri sizə heç seçim şansı saxlamaz, tək bir istiqamətimiz var gedə biləcəyimiz və siz istəsəniz də əksinə qərar verə bilməzsiniz.Bəzi qərarları isə tək başına heç vermək olmur. O biri yarısını tapmadıqca, öz diametrində tək tərəfli qalar, bir nəticəyə çata bilməz, eləcə qalar.Bəzən peşman olacağımızı bilə-bilə verərik qərarımızı. Hər qərar bir məsuliyyəti də özü ilə gətirər. Onu verərkən nəticələrinə də dözürük əslində. İnsanlıq da bu günlərə verilən bəzi qərarların çəkdiyi xətti izləyərək gəlməyibmi? Amma bu bir gerçəkdir ki, qərar verə bilməyən insanlar hər vaxt başqalarının qərarlarına boyun əymək məcburiyyətində qalarlar.Qərar əslində içindəki cəsarətin bir əks olunmasıdır. Heç bir şeydən qorxmadan qərar verə bilənlər üçün istifadə edən insanlar mənə qəribə gəlir.Bəzən bizim doğru sandığımız şeylər, başqalarının səhv hesab etdiyi olur. Əhəmiyyətli olan doğru olduğuna daha çox inandığımız istiqamətdə qərar verə bilməkdir. Çünki verdiyimiz hər qərar, səhv olsun və ya doğru olsun həyat xəttimizdəki ayrı bir yolu meydana gətirəcək. Ümid edirəm ki, doğru olduğunu zənn etdiyiniz qərarlar yolun çıxış istiqamətinə doğru atılmış bir addım olsun.
Bəs siz necə sonradan sizi peşmanlıqla üzən bir qərar vermisinizmi?Qərar verərkən tək yoxsa sevdiklərinizlə məsləhətləşərək verirsiniz?Kiminsə qərarından zərər çəkmisinizmi?Qərarsız olmusunuzmu? Qərarsızlıq nə üçün olur?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!