Elçilik necə olur?

Elçilik necə olur?
Maraqlı məlumatlar
10.09.2017 139
Bəy atası bu elçiliyə ən yaxın qohumlarını dəvət edir. Bəyin bacısı bir daha gəlinlə görüşüb, onun razılığına əmin olur. Onu nişanlamaq qərarına gəlindiyi bildirilir. Bundan sonra qızın anasına hansı gün elçiliyə gəlinəcəyi xəbər verilir. O isə, öz növbəsində evrəkilərə xəbər verir. Yaxın qohumlarını evə dəvət edir. Öz aralarında məsləhətləş razılığa gəldikdən sonra bir daha qızın fikrini öyrənirlər. O isə, öz razılığını çox zaman aşağıdakı kəlmələrlə ifadə edir: "Siz istədiyin kimi olsun", "Siz bilən məsləhətdir". Hörmətli ağsaqqallar və qonşular dəvət olunur. Elçilər gələndə, onları masanın yuxarı başında əyləşdirirlər. Qızın anasından başqa hamı masa arxasına keçir. Qızın özü həmin vaxt evdə olmamalıdır. Elçilik zamanı, o, məsələn, rəfiqəsinin yanında olub, görüşün nəticəsini gözləyir.



Kiçik girişdən sonra elçilərdən biri söhbəti əsas məqsədə yönəldir və gələcək gəlinin yaxınlarına müraciət edərək, sual verir: "Son sözünüz nədir?". Bu suala qız atası kiçik fasilədən sonra cavab verir: "Allah xoşbəxt eləsin", "Gənclər xoşbəxt olsunlar". Bütün məclis əhli "Amin" deyə, gənclərə xoşbəxtlik arzulayırlar. Valideynlər artıq gələcək qohumlar kimi bir-birini təbrik edirlər. Bundan sonra gəlin məclisə gələrək, razılıq əlaməti kimi, əyləşənlərə şirin çay paylayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!