Gənclik Azadlıqdırmı? [müzakirə]

Gənclik Azadlıqdırmı?   [müzakirə]
Maraqlı məlumatlar
10.09.2017 41
Gənclik dedikdə nə başa düşürük və yaxud nə başa düşməliyik? Təbii ki, bu suala hər kəs eyni cavab verməyəcək. Biz gənclər bu yaş dövründə istədiyimiz kimi yaşamaq və sərbəst qərarlar vermək istəyirik. Gənclik hər bir insanın həyatında dəyərli bir yaş müddətidir. Deyirlər gənclik azadlıqdır. Azadlıq məfhumu hər kəsin fikrində müxtəlif formalarda təzahür edir. Gəncliyə o zaman azadlıq demək olmaz ki, onun azadlığı siqaretdə, içkidə, narkomaniyadadır. Bütün bu əməllər onun zövq obyektinə çevrilir və həyatın mənasını bu əməllərdə görür. Onların bu cür həyat yolunu seçməsinin bir çox səbəbləri olmaqla yanaşı ən əsası fikirlərində canlanan artıq gəncəm, gəncəmsə azadam, azadamsa sərbəstəm, sərbəstəmsə demək istədiyim cür hayatı yaşamaq haqqım var, birdə bu yaş dövrünə dönməyəcəm kimi fikirlərdir. Amma çox təəssüf ki, gənclik bu deyil.
Gənclik azadlıqdır o insan üçün ki, gəncliyinə böyük dəyər verir. Özünə zərərli olan əməllərdən uzaq durur. Yetimlərə, kimsəsizlərə əl tutub onların xeyir duasını eşitmək onların yaşam tərzinə çevrilir. Gənclik elə bir şeydir ki, bir çirkab belə onu bulandırmağa bəs edər. Bu dövr o qədər dəyərlidir ki, etdiyin hər bir səhv belə sənin ömür boyu peşmanlıqla yaşamağına səbəb ola bilər.
Sonda onu qeyd etmək istərdim ki, gəlin gəncliyimizin dəyərini bilək. Elə yaşayaq ki, qocalıdıqda buraxdığımız əməllərin peşmanlığı ilə yaşamayaq.
P.S: Siz necə düşünürsünüz sizcədə gənclik azadlıqdırmı? Azadlıq dedikdə nə başa düşürsünüz?

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!