Mənim xoşbəxtlik düsturum

Mənim xoşbəxtlik düsturum
Maraqlı məlumatlar
10.09.2017 7
Bu gün yenidən eyni şeylər baş verirdi,hər an hər dəqiqə.Artığ bezmişdimdə cəmiyyətdən bəlkədə düşüncələrim fərqlidir deyə.Səhərlər oyananda xoşbəxtlik düsturunu fikirləşirəm bu düsturun çox şeydə ola biləcəyinə inanıram.misal üçün gözəl bir qarşılığlı sevgi ən gözəl əldə edilmiş xoşbəxtlik düsturlarından biridir.Bəzi vaxtlar olurki yaşlı kimsəyə yardım etdikdə özümü rahat və xoşbəxt hiss edirəm.Düzdü sevgilim var onunla xoşbəxtəm amma xoşbəxtliyi hər bir şeydə araşdırmaq lazımdır canlarım.Cənnət yaxud cəhənnəm üçün etmirəm etdiyim yaxşılığı.Xoşbəxtlik üçün edirəm,çünki istər istəməz üzümdə təbəssüm yaranır və geriyə qalan yolu qulağcığla gülümsəyərək davam edirəm.Gülürəm çünki kiçicik bir şeydən xoşbəxtliyi çıxara bilirəm bacarıram xoşbəxtliyi itirmədən mən onu tapıram.Hə xatırlamışkən hər səhər dərsə gedəndə dayanacağa tərəf gedən yolda bir yaşlı qatığ-süd satan nənə var onunla hər səhər salamlaşıram və onun xeyir duası ilə yoluma davam edirəm.İki üç dəfən o nənə mənə salam vermədi hal əhval tutmadı üzünə baxaraq yavaş yavaş yolu addımladımki bəlkə üzümə baxa ama baxmadı düzü təəccübləndim.Sonra düşündümki bu nənə mən gülərək yol getdiyimdə mənimlə hal əhval tuturdu həmişə.son vaxtlar bəzi problemlərə görə əsəbi və gərgin idim.o məni elə gördükdə salam vermirmiş mənə.Mən bunu anladımki nə problemin olursa olsun həyatda edilən mübarizəyə qarşı düşmənlərinə qarşı həmişə gülümsə və sən bununla həyatın ən yaxşı sərkərdələrindən biri ola bilərsən..Bunun üçündə həmişə gülümsəyin.Gülümsəmək hər kəsə bir gözəllik verir.Mən daha söz verdim öz daxilimdə özüməki daha gülümsəyəcəm niyə görəki başqa problemlərə görə o nənənin xeyir duasından qalmalıyam.Çox düşündüm nə olsada güləcəm.Hər səhər oyanarkən bu sözləri deyin"Mən çox xoşbəxtəm və xoşbəxt olaraq açıram gözlərimi bu həyata"ən gözəl sözlərdir.xoşbəxtlik yaşamağı bacarın xoşbəxtlik adlı gözəllik həmişə sizinlədir ;)  
                 
Müəllif: Hüseynzadə Aytacскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!