Susmaq

Susmaq
Maraqlı məlumatlar
10.09.2017 26
Susmaq
Qəbul etməkdir xəbərsiz gələni,
bəzən acı çəkməkdir, haqlı olduğunu bilə-bilə boyun bükməkdir,
sözlərə küsməkdir, üzməmək üçün sevdiyini.



Susmaq
Dinləməkdir ala bildiyinə asi düşüncələri,
bəzən göz yaşlarını saxlamaqdır, hüznü səssizliyə zəncirləməkdir,
göstərməmək üçün topraga düşəni.



Susmaq
Sevməkdir adını çəkə bilmədiyin kisini,
bəzən güzəşt etməkdir,hicranıyla ürəyi dağlamaqdır,
getməsin deyə möhkəm-möhkəm örtməkdir ürəyini.



Susmaq
Həbs etməkdir, qalib gələ bilmədiyin çarəsizliyi,
bəzən gələcəyi gözləməkdir,xatirələr uğruna sinəyə çəkməkdir,
dostluq adına, çiynəməkdir qürurunu,
bəzən qaçıb getməkdir,həyatla qədəri birləşdirməkdir,
təslim olub itirməkdir.



Susmaq
Çox vaxt susuruq, hətta lazım olan yerdə də susuruq, 
bizə yaxın olan insanların xətrinə dəyməmək üçün, 
kimisə incitməmək üçün.
Belə bir atalar sozü var: Danışmaq qızıldırsa, susmaq gümüşdür.
Amma bir şeyi də unutmayın ki, susmaq insanın içini dağıdır.



Susmaq 
Bəzən sabaha məktubla göndərilmiş ümid məktubu olur. Bəzən ürəkdən danışarkən belə susur insan. Bütün sözlər, hərflər, danışıqlar otaqdakı boşluğu doldurmaq üçündür. Susmaq danışmaqdan daha çətindir əslində. Danışarkən istədiyin cümləni qurub istədiyin yerdə dayanıb nəfəslənirsən, istədiyində qışqırır, istədiyində hirslənir, istədiyində gülürsən, amma susarkən... Susarkən bütün qışqırıqların, hıçqırıqların, yalvarışların, üsyanların düyünlənib qalır bir yerdə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!