Analar sözü

Analar sözü
Maraqlı məlumatlar
10.09.2017 15
Analar eyni sözləri deməkdən bezmirlər. Biz bu sözlərə o qədər öyrəşirik ki, deyiləni etmirik. Sadəcə deyilməli olan sözlər kimi qəbul edir qulağımız. 



"Söndür də tay o kompüteri”, "Az otur kompüterin qabağında”
Analar üçün bütün dərdlərin mənbəyi kompüterdir. Ana, qrip olmuşam, söyləsən, deyəcək ki, hamısı o kompüterin işləridir.



"Yemək yemisən?”
Bir insan ac olsa, bunu deməzmi? Deyər. O zaman dəfələrlə "yemək yemisənmi?” soruşmaq ancaq anaların işi ola bilər.



"Betonun üstündə oturma”
Bir bildikləri vardır hər halda.



"Tikəni saxlama, bunu da ye”
O qədər belə dedilər ki, indi hamımız artıq çəkidən əziyyət çəkirik. Əslində isə son tikəni saxlamaq lazım imiş.



"Qaçma, tərləyərsən”
Qaç, tərlə, arıqla. Müasir analar belə deməlidir əslində.



"Çayxanaya niyə gedirsən? Evdə çay yoxdur?”
Heç bir ana başa düşməz ki, çayxanaya çay içməyə yox, söhbət etməyə gedirlər oğlanlar.



"Ehtiyatlı ol”
Hətta təhlükə olmasa belə.



"Evlən, mən də narahat qalmayım səndən”
Anaların ən böyük arzusu.



"Evə çörək al”
Həmişə də yaddan çıxır.



"Ayağına corab geyin”, "Qalın geyin”
Onlar üçün havanın temperaturunun fərqi yoxdur.



"Ölsəm canınız qurtarardı, sevinərdiniz yəqin”
Anaları əsəbiləşdirmək olmaz.



"Səhərdən işləyirəm, yemək bişirmişəm, evi yığışdırmışam, ölürəm”, "Siz yeyin, yatın”
Bəzən isə deyirlər ki, sanki evdə qulluqçu saxlayırsınız.



"A bala get dərsini oxu, vallah özümə görə demirəm, sənə görə deyirəm, işləyib qazananda mən yadına düşməyəcəm heç”
Həqiqətən də elə adamlar var ki, işləyib qazanandan sonra valideynlərini yada salmır.



"Başı var amma oxumur”
Şərhsiz.



"Sənə gələn bədbəxt olacaq”
Qızlara isə deyirlər ki, səni alan bədbəxt olacaq.



"Atan gəlsin deyəcəm”
Bu sözdən qorxmayan uşaq az tapılardı.



"Bu gün-sabah sən də ana (yaxud ata) olanda görəcəm”
Həqiqətən çətindir.



«Mən beş dəqiqəlik qonşuya gedirəm, sən yarım saat sonra yeməyin altın söndür»
Şərh vermirik, sadəcə gülüb keçin.



"Dur otağı yığışdır, birdən evə qonaq zad gələr”
Əslində qonağa görə demir, məqsəd evi sənə təmizlətməkdir.



"Dur, saat 12 oldu” (Amma hələ saat 9-dur)
Buna görə evdən qaçan uşaqlar tanıyırdım.



"Dərinə getmə batarsan” (dəniz mövsümündə)
İkibaşlı cümlədir.



Və "xalxın uşağı” ilə başlayan cümlələr.
İndiyə kimi o uşağın kimliyi bəlli olmayıb ictimaiyyətə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!