Kiçik nişan - Bəlgə

Kiçik nişan - Bəlgə
Maraqlı məlumatlar
10.09.2017 68
Qızın "hə"sini aldıqdan sonra uzağı bir aya qıza "bəlgə" deyilən kiçik nişan gətirirlər. Bu məclisdə 25-30 nəfərə yaxın adam iştirak edir. Oğlan evi gəlir, özləriylə bir nişan üzüyü, bir yaylıq və şirniyyat gətirirlər. Məclis başlanmamış oğlanın bacısı, qardaşı, gəlinləri və ya atası üzüyü qızın barmağına taxır, yaylığı çiyninə salır və bir şirni götürüb qıza dişlədir, yarısını isə götürüb oğlana gətirirlər.

Sonra hamı ağzını şirin eyləyir. Yeyib - içib şənlənirlər. Oğlan evi gedəndən sonra qızların məclisi başlanır. Təzə gəlin bir - bir sağ əlini subay qızların başına qoyur. Sonra durub yerini verir qızlara. Bir də qız üzüyünü kimə birinci versə ki salsın barmağına, deyirlər indi növbə onundur, o, gedəcək.

Sonra qızlar evə gedəndə özləri ilə şirniyyat aparırlar. Gecə yatanda isə iki eyni cür nişan şirnisindən qoyurlar balıncın altına. Deyirlər ki, onda gedəcəyi oğlanı yuxuda görürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!