Xoşbəxtlik paylaşınca böyüyürmüş!

Xoşbəxtlik paylaşınca böyüyürmüş!
Maraqlı məlumatlar
10.09.2017 29
Xoşbəxt olmağın min yolundan daha biri kəşf edildi. Elm adamları tərəfindən edilən araşdırmaya görə özündən ya da yaşadığı bir hadisədən bəhs etmək insan beynində xoşbəxtlik qəbulunun meydana gəlməsinə gətirib çıxarır ...

MƏNƏ bir az özündən danış...

Öz haqqında danışmağın insanları xoşbəxt etdiyi təyin olundu.

ABŞ-dakı "Harvard" Universitetindən elm adamlarının apardığı araşdırma, gündəlik həyatda, ya da internet mühitində özündən danışmağın beynin xoşbəxtlik və həvəs verən dopamin hormonunu artırdığını təmin etdiyini göstərdi.

Elm adamları, özündən ya da yaşadığı bir hadisədən bəhs edərkən şəxslərin beynində seks əsnasında ya da yemək yeyərkən alınan həzzin bənzərinin duyula bildiyini ifadə etdi.

Araşdırmada iştirak edənlərə, bəzi suallara cavab vermələri üçün az, bir mövzu haqqındakı fikirlərini izah etmələri ya da özlərindən danışmaları üçün isə daha az miqdarda pul təklif edildi.

İştirakçılar özləri haqqda danışmaq və fikirlərini ifadə etmək üçün pul almaqdan imtina etdi.

Qadın və kişilərin danışmalarının yüzdə 30 - 40 - da, başqalarına fərdi təcrübələrindən bəhs etdiyini ifadə edən elm adamları, ictimai paylaşma saytlarında isə bu faizin yüzdə 80-ə yaxın olduğunu vurğuladı.

Araşdırma Amerikan Milli Elmlər Akademiyasının jurnalında nümayiş olundu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!