Belə təsvirli ilk smartfon

Belə təsvirli ilk smartfon
Maraqlı məlumatlar
10.09.2017 72
Gionee – Qərbdə Elife S5.5 və Elife E5.1 smartfonlarının buraxılışı ilə tanınan Çinin telefon istehsalçısıdır. İndi Gionee şirkəti dünyanın iki 1080p formatında ekranlarla təchiz edilmiş birinci smartfonunu təqdim etməyə hazırlaşır.

ICTnews-a istinadən bildirir ki, Gionee W900 açılıb-bağlanan tipli smartfondur və Samsung şirkətinin açılıb-bağlanan smartfonlarına oxşar dizayna malikdir. Daxili və xarici ekranlar 4 düym ölçüsündədir və təsvir ölçüləri 1080x1920 piksel təşkil edir.

W900 modeli Android 4.4 KitKat əməliyyat sistemi ilə işləyir, çəkisi 172 qramdır, bağlı vəziyyətdə 14.8 mm qalınlığa malikdir. Qurğu 1.5 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz olunub. Bundan başqa, LTE şəbəkəsini dəstəkləyir, 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera, 2 QB əməli yaddaş, 16 QB daxili yaddaş və 2050 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.

Adı çəkilən smartfonun çıxarılma tarixi hələ açıqlanmaybıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!