Qeyri adi təbiət hadisələri

Qeyri adi təbiət hadisələri
Maraqlı məlumatlar
10.09.2017 43
Hərəkət edən daşlar: ABŞda Kaliforniya ilə Nevada ştatları arasındakı Ölüm dərəsində yerlərini hər gün dəyişən daşlar aşkar olunub. Səbəbi hələ də bilinmir. Bəziləri səbəb kimi küləyi göstərsələr də həmin ərazidə 3-4 kilolluq daşları hərəkətə gətirəcək gücdə külək əsmir. 

Qara Günəş
: Hər il mart-aprel aylarında Danimarkada milyonlarca quş gün batmasına yarım saat qalmış göy üzündə toplaşır və qəribə şəkillər yaranır. Elm adamları bunu hələ də araşdırırlar. 

Bitməyən fırtına
: Venesuellada Catatumbo çayı ilə Marakaibo gölünün qovuşduğu yerdə ilin 140-160 gecəsində 10 saat davam edən şimşək çaxması olur. Bu bölgə dünyada ozon yaradan tək bölgədir və şimşəklərin çaxması 400 km məsafədən də müşahidə oluna bilər.

Dağınıq Göyqurşağı
: ABŞın İdaho ştatında göy qurşağı fərqli formada görsənir. Başqa qurşaqlardan fərqli olaraq burda qurşaq dağınıq formada yığışır. Alimlərin fikrinə görə Günəş 52 dərəcədə olanda cirus buludları yaranır. Bu buludlar su kristallarından ibarət olduğu üçün günəş şüası bu buludardan keçəndə belə qurşaq yaranır.

Qırmızı yağış
: 25 iyul 2001-ci ildə Hindistanda Kerala şəhərində yağan yağış hər tərəfi qırmızıyaya boyadı. Hətta bayram münasibətilə ağ geyinən hindlilər qizrmızıya boyanıblar. Səbəbi isə məlum olmadı.

Mamatus buludları
: Bu buludlar elə bil aşağıya doğru sallanıb. Hərəkətsiz görünsə də hərəkət edən buludlardandır.
[/b]
[b]Penitentes
: Fərqli formada olan buz dağları. Buz dağlarının bu formaya necə düşdükləri məlum deyil. Ehtimala görə günəş şüalarının buzlaqlara təsiri nəticəsində yaranıb.

Şeytan burulğanı
: Digər burulğanlardan fərqli olaraq alovlardan ibarət olan və bir neçə metr yüksəkliyə qalxa bilən burulğan bir neçə dəqiqə davam edir. Qeyri-adi təbiət hadisələri Buz xalqası: Sibir kimi soyuq ərazidə yaranması müəmmalıdır.

Mavi Günəş
: 14 Dekabr 2006-cı ildə Misirin paytaxtı Qahirə şəhərində kameralara düşən kadrlarda təxminən 15 dəqiqə Günəşin mavi rəngdə olması müşahidə olunmuşdur. Fizikçilər tərəfindən aparılan araşdırmalar nəticəsiz qalmışdır. İndiyənə kimi Mavi Günəş 5 dəfə görsənib. Axırıncı analoji hadisə 1950-ci ildə Şotlandiyanın Edinburg şəhərində qeydə alınmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!