Taksilər niyə sarıdır? - 10 rəng, 10 məna

Taksilər niyə sarıdır? - 10 rəng, 10 məna
Maraqlı məlumatlar
10.09.2017 23
Taksilər niyə sarıdır? Futbol topu niyə ağ-qaradır? Bu cür suallara aşağıdakı yazıdan cavab tapa biləcəksiz.
 Qadınlar.Biz həyatımızdakı 10 rəngin səbəb və mənasını təqdim edir.
Futbol topları niyə ağ-qaradır?
Televizorda ilk dəfə canlı yayımlanan Meksikadakı 1970-ci il Dünya Çempionatı üçün "Adidas” ikon halına gələn qara-ağ naxışlı top istehsal edib.
Məqsəd isə futbolu qara-ağ televizorla izləyənlər, futbolçu və hakimlərin asanlıqla topu gözlə təqib edə bilmələridir. O gündən bu yana futbol topu eyni qalıb.
Dollar niyə yaşıldır?
1929-cu ildə aparılan çalışma nəticəsində banknotlar üçün ən dayanıqlı rəngin yaşıl olduğu ortaya çıxıb. O gündən bəri yaşılın fərqli tonları Amerika dollarında istifadə olunub.
Karate qurşağları niyə qaradır?
Karatenin ən prestijli qurşağı olaraq qara qurşaqla bağlı bir çox əfsanə var. Ən geniş yayılanı isə budur: Karateyə ağ qurşaqla yeni başlayanlar hər yeni qədəmə çatdıqlarında kəmərlərinin rəngi dəyişir. Ən son və  ən prestijli qara qurşaq da, digər bütün qurşaqları qazanmanın bir nəticəsi olaraq, bütün rənglərin qarışması nəticəsində qurşağın qara rəng alması ilə ortaya çıxır.
Amerikada məhkumların geyimi niyə narıncıdır?
Narıncı rəng həbsxana işçilərinin məhkumları rahatlıqla izləyə bilməsi üçün tez seçilən bir rəngdir. Ancaq hər yerdə belə deyil. Bəzi həbsxanalarda məhkumların geyim rəngləri onların əyalət və cəza dərəcələrinə görə müəyyən edilir.
 Matadorların pelerini niyə qırmızıdır?
Bəziləri qırmızı rəng buğaları əsəbləşdirir deyə düşünürlər. Onsuzda buğalar rəng korudur. Bəs niyə qırmızı? Deyilənə görə, matadorla buğanın döyüşü zamanı ortaya çıxan qan minimum görünsün deyə qırmızı pelerin istifadə olunur.
Digər iddiaya görə, matadorlar bu rəngi izləyicilərə adrenalin vermək, hadisəyə  diqqətlərini yönəltmək və həyəcan qatmaq üçün seçirlər.
Taksilər niyə sarıdır?
Nyu Yorkda 1905-ci ildə bir taksı çağırsaydınız, sizi getmək istədiyiniz yerə qırmızı-yaşıl taksilər aparardı. 1907-ci ildə Albert Rokuel bir taksi icad edib. Rokuelin arvadı bu taksinin sarı rəngdə olmasını istəyib. Buna görə 1909-cu ildən taksilər hər yerdə sarı rəngdədir.
Gəlinliklər niyə ağdır?
Klassik ağ gəlinliklər bir Avropa trendidir. 1840-cı ildə evlənən qızlar hər rəng gəlinlik geyinərkən, İngiltərədə Kraliça Viktoriya özünə danteldən bir gəlinlik hazırlanmasını istəyib. Bununla ağ gəlinliklər qızlar arasında bir dəbə çevrilib.
Digər inanca görə, ağ saflıq, təmizlik rəngi olduğundan gəlin köçən qızlar bu rəngdə gəlinlik geyinir.
Fastfoodlar öz loqosunda niyə qırmızı rəngə üstünlük verir?
Qırmızı rəng qan təzyiqini artırır, adrenalinin yüksəlməsinə səbəb olaraq iştahanı da açır.
Təslim olma bayrağı niyə ağdır?
Bir inanca görə, ağ barışıq rəngi olduğundan təslim olma bayrağı ağ rəngdədir.
Digər yandan ağ rəngin əsgər geyimləri arasında ən yaxşı seçilən bir rəng olduğu düşünülür.
Balonlu saqqızlar niyə çəhrayıdır?
1928-ci ildə saqqız firması çəhrayı qida boyası qatılan saqqızın az yapışdığını və daha çox şişirildiyini ortaya çıxarıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!