Kitablar haqqında məşhurların dedikləri (1. hissə)

Kitablar haqqında məşhurların dedikləri (1. hissə)
Maraqlı məlumatlar
10.09.2017 56
Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır (Shakespeare)



Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar (Montaigne)



Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır (Seneca)



Bu günün gərçək universiteti, bir kitabxanadır (Carlyle)



Kitab, tək ölümsüzlükdür (Rufus Choate)



Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur.

Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!  (Oscar Wilde)



Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır  (Alcott)



Kitablar, itmiş başların abidələridir (Sir William Davenant)



Kitablar, heç solmayacaq bitkilərdir (Herrick)
 
 Kitab heç aldatmayan bir yoldaşdır (Guilbert De Pixrecourt)



Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır (Qasım bəy Zakir )



İnsan güc ilə yox, mütaliə  etməklə ağıllanır (C.Bruno)



Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır (Mişel Monten)



Əsl təhsil yalnız mütaliə  ilə əldə edilir (N.A.Rubakin)



Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək,  ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq (Maksim Gorki)



Kitab ruhu qidalandırır, insanı ucaldır və möhkəmləndirir (U.M.Tekkerey)



Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır (A.M.Upit)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!