Narsistlər

Narsistlər
Maraqlı məlumatlar
10.09.2017 41
Davamlı bir grandiozite (böyüklük və əhəmiyyətlilik) meyli (fantaziya və ya davranış səviyyəsində), empati əksikliyi, tənqidlərə qarşı həddindən artıq həssaslıq və reaksiya şəklində erkən yetişkənlikdən etibarən ortaya çıxan mənzərədir.
DSM IV görə diaqnoz üçün aşağıdakı maddələrdən beş və ya çoxunun uygunluğuna ehtiyac vardır.
1. Özünü çox xüsusi və əhəmiyyətli görər, müvəffəqiyyət və qabiliyyətlərini şişirdər
2. Limitsiz müvəffəqiyyət, güc, gözqamaşdırıcı xüsusiyyətlər, ideal eşq və gözəllik ilə əlaqədar məşğuliyyətlər və fantaziyalar inkişaf etdirər
3. Şəxsi və bənzərsiz olduğu üçün özünün ancaq özü kimi xüsusi və ya yüksək statuslu insanlarla münasibət yaradacağını düşünər
4. Həddindən artıq diqqət, heyranlıq, iltifat gözləyər.
5. Prioritet imtiyazlı olduğuna inanaraq, normal kəslərlə eyni səviyyədə iştirak etməyi rədd edir. Gözləntilərinin dilə gətirilmədən özbaşına başa düşülməsini və qarşılanmasını, standartların üzərində xidmət almağı gözləyər.
6. İnsanların zəifliklərindən faydalanar, onlara istifadəyə dönük-istismarçı bir davranış meyli göstərər.
7. Empati əksikliyi göstərir. Digər insanların duyğularını və ehtiyaclarını tanıma və anlama mövzusunda istəksizdir.
8. Sıxlıqla qısqanclıq hissləri ilə yüklüdür, ancaq digər insanların onu qısqandığını düşünər.
9. Məğrurdur, tənqidlərə hirs, utanc, alçaldılma duyğuları ilə reaksiya verər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!