3 dəqiqəlik öpüş, qırmızı alt paltarı, 12 gilə üzüm - Yeni il ənənəsi

3 dəqiqəlik öpüş, qırmızı alt paltarı, 12 gilə üzüm - Yeni il ənənəsi
Maraqlı məlumatlar
10.09.2017 49
Yeni il bayramını dünyanın ayrı-atrı xalqları böyük həvəs və sevinclə
qarşılayırlar. Növbəti təqvim ilinə keçidlə bağlı hər bir xalqın
özünəməxsus adi və qeyri-adi ənənələri var və bu ənənələr çox qədim
zamanlardan müasir dövrə kimi qorununb saxlanılıb.

Dünya xalqlarının Yeni il bayramı ilə bağlı ənənələrini təqdim edir

1.Bolqarıstanda Yeni il bayramını ev şəraitində yaxın qohumlarla birgə
keçirməyə üstünlük verilir. Yeni təqvim ilinə bir neçə dəqiqə qalmış
otağın işığı södürülür və bayramı qeyd edənlərə qaranlıq otaqda 3 dəqiqə
örüşmək imkanı verilir. Bu mərasimdən sonra ev sahibəsi tərəfindən
bayram piroqu kəsilir. Piroq hazırlanarkən onun içərisinə xırda pul
əskinazı qoyulur. Həmin əskinaz kimin payına düşürsə deməli o adam
növbəti ildə varlanacaq. Bayram şənliyində ən çox qazanan isə ailənin ən
kiçik üzvü olur. Ənənəyə görə ailənin bütün üzvləri ona bayram
hədiyyəsi verməlidirlər.
 
 
2.Ekvador sakinlərinin Yeni il ənənələri də çox maraqlıdır. Əgər kimsə
növbəti ildə daha çox səyahət etmək istəyirsə gecə saat 12-də böyük
çamadanla yaşadığı binanın ətrafında bir neçə dövrə qaçmalıdır. Növbəti
ildə daha çox pul qazanmaq istəyənlər bayram gecəsi sarı rəngdə alt
paltarı geyinməlidir. Yeni ildə özünə xoşbəxt bir sevgi arzulayanların
isə alt paltarı qırmızı rəngdə olmalıdır.
 
 
 3.İtaliyada yeni il şənlikləri köhnə əşyaların atılması ilə başlanır.
İtalyanlar bu ənənəni çox sevirlər. Çünki köhnə ildə atılmış əşyalar
yeniləri ilə təzələnir. İtalyanlar bayram süfrəsinə qoz, mərci və üzüm
qoymağı mütləq sayırlar və bu qida məhsullarını uzunömürlülük, sağlamlıq
rəmzi kimi qəbul edirlər. İtaliyada Yeni il ənənələrindən biri bayram
münasibətilə yaxın və doğma insanlara su doldurulmuş qabın içərisinə
zeytun budağı qoyub hədiyyə etməkdir. Belə qəbul olunub ki, bu hədiyyə
insanlara xoşbəxtlik gətirir.
 
 
 
 
4.İspaniyada bayram şənlikləri böyük təntənə ilə keçirilir. İspanların
ən əsas yeni il ənənəsi on iki üzüm giləsi ilə bağlıdır. Bu ölkənin
sakinləri yeni il gecəsi yaşadıqları şəhərin mərkəzinə çıxır, yeni ilə
12 saniyə qalmış niyyət tuturlar, hər saniyə ərzində bir gilə üzüm yeyib
tumlarını atırlar. Əsas məsələ saniyə ərzində bu prosesi vaxtında
həyata keçirməkdir. Kim bunu bacarırsa növbəti ildə onu uğurlar
gözləyir. İspanlar üçün üzüm uğur, bolluq, xoşbəxtlik rəmzi sayılır.

İspanların
daha bir bayram ənənəsi isə bayram günündə kilsənin qarşısına yığışıb
ötən ildə baş verən hadisələri xatırlamaqdır. Bəzən bu tədbir saatlarla
davam edir.

 5.Daniyada Yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat
12-də hamı stulun üstünə çıxır və tullanır. Beləliklə, onlar köhnə ildən
təzə ilə tullanırlar. Bu ölkədə daha bir bayram ənənəsi yaxın dostların
və qonşuların qapılarına boşqab çırpmaqdır. Kimin qapısının kandarında
daha çox qab-qacaq qırıntıları varsa gələn il onun üçün düşərli və
uğurlu olur.
 
 
6.Yunanstanda Yeni il bayramını qonaqlarla keçirməyi sevirlər. Ənənəyə
görə qonaqlar təşrif buyurduqları ailələrə hədiyyələr gətirirlər. Bu
hədiyyələrin arasında daş da olur. Daş nə qədər ağır olarsa həmin
ailənin növbəti ildə var-dövləti də həmin ağırlıqda olar. Yunanların
ənənəsinə görə bayram ziyafəti başa çatdıqdan sonra ailənin başçısı bir
ədəd narı həyətdə yerə çırpır. Narın dənələri nə qədər çox səpələnərsə
yeni il də bir o qədər uğurlu olar.
 
 
 
7.Avstriyada da Yeni il bayramı böyük təntənə və şənliklərlə qeyd olunur.
Avstriyalılar öz ənənələrinə görə bayram günündə doğmalarına donuz
bağışlayırlar. Ancaq canlı yox, oyuncaq donuz balası. Belə hədiyyə bu
ölkədə var-dövlət rəmzi sayılır.
 
 
 
8.Braziliyada Yeni il şənliklikləri olduqca romantik keçirilir. Bayran
günü braziliyalılar okean sahilində qum üzərində şamlar yandırırlar.
Qadınlar isə uzun paltarlarda suya girib gül ləçəklərini okeana atırlar.
Bayram şənliklərinə karnavallar xüsusi gözəllik qatır.
 
 
 
9.Argentinada Yeni il ərəfəsində evlərin qapısına gül çələngləri bağlanır.
Bu onu göstərir ki, ailə Yeni il bayramına hazırdır. Bu ölkədə ilin son
günündə iş yerlərində olan bütün artıq kağızları pəncərələrdən küçələrə
atırlar. Yeni il bayramı argentinalılara baha başa gəlir. Ənənəyə görə
bu ölkədə işləyən hər bir kəs ailə üzvlərinə və qohumlarına hədiyyələr
almalıdırlar.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!