Donuz ətinin haram olmasının tibbi cəhətləri

Donuz ətinin haram olmasının tibbi cəhətləri
Maraqlı məlumatlar
10.09.2017 122
Donuz ətinin haram və murdar olması haqqında iki baxımdan danışmaq olar:
1) Onun psixi, mənəvi və əxlaqi təsirləri. Bəzi təfsirçilər yazırlar: "Donuz, hətta Avropada qeyrətsizlik simvolu və çirkin heyvandır. O, cinsi münasibətlərə laqeyddir. Donuzun bu laqeydliyi onun ətini yeyən insana da təsir göstərir”.
2) Gigiyenik səbəblər. Donuz ətinin törətdiyi xəstəliklər iki yerə bölünür:
a) Törədici səbəblərindən biri donuz əti olan xəstəliklər: -
1. Dizenteriya (qanlı ishal). -
2. Tarenximatoz sarılıq. -
3. Amyöblü dizenteriya (Amyöbiaz). -
4. Ergpeloid -
5. Donuz ətinin tərkibində yağlılıq və sidik turşusu çox olduğundan bir çox xəstəliklərə yoluxmada mühüm rol oynayır. Belə xəstəliklərdən ateroskleroz (ürək-damar sistemində bərkimə xəstəliyi), oynaq ağrıları, zəhərlənmə və s. adını çəkmək olar. -
6. Donuz natəmiz və çirkli şeyləri, hətta öz nəcisini belə yeməkdən çəkinmir. Elə buna görə də onun mədəsi müxtəlif xəstəliktörədici mikrobların yuvasına çevrilir, oradan da onun ətinə, qanına və südünə keçir.

b) Yalnız donuz ətinin törətdiyi xəstəliklər. -
1. Soliterlər (lentşəkilli qurdlar dəstəsi). Taenia solium növü insanın mədə-bağırsağında parazitlik edir. Uzunluğu 2-3 m, bəzən 8 m-ə çatır. İnsanlar yaxşı bişirilməmiş və ya qızardılmamış donuz əti yedikdə yoluxurlar. -
2. Trixin (trixinella) Trichinellidae fəsiləsindən parazit, həlqəvi qurd. Uzunluğu 3-5 mm-dir. Bişirilməmiş və ya yaxşı bişirilməmiş donuz əti yedikdə insan bədəninə daxil olur. Trixin qurdu insanda trixinellyoz (nematodozlar qrupuna daxildir) xəstəliyi törədir. 10-25 gündən sonra tempraturla keçən titrəmə, göz qapaqlarında və üzdə ödem (şiş), əzələlərdə ağrı, dəridə səpki, bağırsaq pozğunluğu və başağrısı olur. Bəzən xəstəlik ağır keçir və ölümlə nəticələnir. Trixin qurdu mədəyə daxil olduqdan sonra heç bir antibakteriya onu məhv etməyə qadir deyil. Bir ayda 15 min bala çıxarır. 1 kq donuz ətində 400 min trixin toxumu ola bilər. Sözügedən qurdlar ət ən yüksək temperaturda bişirildikdə belə məhv olmurlar. -
3. Donuz əti ağır həzm edilir və nəticədə mədə zədələnir. Donuz əti mədədə özünəməxsus zəhərlənməyə səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!