Evdə təmirin bu təhlükəsini bilirdiniz?

Evdə təmirin bu təhlükəsini bilirdiniz?
Maraqlı məlumatlar
10.09.2017 82
Ailənizdə yeni uşaq doğulacaqsa, qətiyyən təmirə başlamayın.
Bəzən valideynlər dünyaya gələcək övladları üçün hazırlıq görürlər. Bunların içində evlərin təmiri də olur. Sözsüz ki, valideynlərin belə qayğıları yaxşıdır, ancaq bir əmması var. Alimlər hamilə qadın olan evdə təmir işləri aparmağı tövsiyyə etmirlər.
Qadınlar.bizin məlumatına görə, müasir təbiblərin araşdırmaları göstərib ki, yeni doğulmuş uşağın təzə təmirdən çıxmış otaqda saxlanılması arzuolunmazdır. Bəzən isə hətta təhlükəlidir! Döşəmə örtüyünün dəyişdirilməsi isə bu təhlükələr sırasında öndə dayanır.
Bu yaxınlarda məlum olub ki, laminat və ya kovrolinin tərkibində təhlükəli etilbenzol və stirol birləşmələri var. Bu birləşmələr körpələrin tənəffüsündə problemlər yarada bilər.
Arayış üçün: Etilbenzol qoxusuna görə benzini xatırladan şəffaf mayedir. Stirol isə etilbenzolun buxarlanmasından yaranır. Plastik maddələr və yapışqan istehsalında bu maddələrdən istifadə edilir.
Ətraf mühitin araşdırılması üzrə ixtisaslaşan Helmqolts mərkəzinin alimləri uşaq gözləyən ailənin evində təmir işləri etməməyi tövsiyyə edirlər. Qadının hamilə olduğu dövrdə də, bundan sonrakı dövrdə də təmir məsləhət deyil.
Almaniyalı alimlər bildirirlər ki, hazırda bu ölkənin ərazisində minlərlə körpə valideynlərin bu cür davranışları ucbatından nəfəs yolu xəstəliklərindən əziyyət çəkir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!