Qərb ölkələrini bürüyən qəribə yeni ənənə!

Qərb ölkələrini bürüyən qəribə yeni ənənə!
Maraqlı məlumatlar
10.09.2017 38
Qərb ölkələrində yeni moda yaranıb - yağlı qəhvə içmək. Belə içkinin orqanizmin enerjisini artırdığı hesab olunur. Bundan əlavə, artıq çəkini atır və insanı daha da diqqətli edir.
Qadınlar.bizin Rusiya KİV-nə istinadən məlumatına görə, ABŞ və Britaniyadakı məşhur qəhvə kafe şəbəkələri öz menyularına yağlı qəhvə də daxil ediblər.
Belə bir resepti sağlam həyat tərzi üzrə quru Deyv Asprey Tibetə səyahət edərkən aşkarlayıb. Onun sözlərinə görə, içki insanı 6 saatlıq enerji ilə təmin edir.
Bədən həmin saatlar ərzində bütün kaloriləri yandırır. Bundan əlavə, koqnitiv funksiyaları da yaxşılaşdırır.
İki damcı rafinə edilmiş kokos yağı götürülür, ona iki çay qaşığı duzsuz kərə yağı əlavə edilir. Bunlar köpük halına salınaraq qəhvəyə əlavə edilir.
İçkinin dadı kifayət qədər spesifikdir. Qəhvə əməlli-başlı yağlı alınır.
Deyv Aspreyin reseptinə qarşı çıxanlar da az deyil. Mütəxəssislər iddia edirlər ki, yağlı qəhvənin piyi əritməsi barədə iddialar cəfəngiyyatdır. Çox böyük ehtimalla, belə qəhvə orqanizmdə xolesterinin miqdarını artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!