Beyninizin gənc qalmasını istəyirsiniz?

Beyninizin gənc qalmasını istəyirsiniz?
Maraqlı məlumatlar
10.09.2017 36
Danılmaz faktdır ki, bu gün gənclərin əksəriyyəti ümumiyyətlə kitab
oxumağı sevmir. Ona verilən pulu itirmiş hesab edir və istər elektron,
istərsə də adi kitablardan uzaq durur. Fikirlərini daha çox məşğul edən
kompüter, telefon, film, gəzinti və digər əylənclərə vaxt ayırmaq daha
xoş olduğundan saatlarla bir kitabı bitirməyə çalışmaq elə də maraq
çəkmir.
İnsanların bir qismi düşünür ki, kitab oxumaq vaxt
itkisidir. Əksəriyyət isə kitabın verdiyi faydaların saysız olduğu
iddiasındadır və kitab oxumayanı boş insan hesab edir. İki fikir
arasında qalanlar isə boşluğu müxtəlif filmlərlə doldurmağa çalışırlar.
Bəs həqiqətən də filmlər kitabları əvəz edə bilərmi? Bəli. Filmlər
kitabları əvəz edə bilir. Amma sadəcə, hər hansı bir məlumat, proses,
hadisədən xəbərdar olmaq və ümumilikdə hansısa yazarın hansı fikirlər
irəli sürdüyünü öyrənmək baxımından. İnsanın şəxsi bazası isə film seyr
edərək alınan məlumatları faydalı olaraq qəbul etmir. Çünki filmlər
insanları düşündürmür, səbəb-nəticə axtarışına vadar etmir, film
izləyərkən analiz qabiliyyəti işə düşmür və əslində 3 günlük mütaliə ilə
yekunlaşmalı olan bir hadisə film sayəsində 3 saata tamamlanır. Bu isə o
deməkdir ki, insan sadəcə 3 saatını itirir, əvəzində isə qısamüddətli
hiss və fikirlərə sahib olur.
Ötən il Yıldız Teknik
Universitetinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, 90
dəqiqəlik hər hansı bir janrda olan film izləmək insan ömründən 33
dəqiqə alır. Eyni zamanda 1 film izləmək insan beyni və yaddaşını 1
həftə geriyə saxlayır ki, bu da mütəmadi film izləyənlər üçün yaddaşda
problem yaranması üçün kifayət hesab oluna bilər. Əksinə, daim mütaliə
edənlər kitabları yarı-yarı oxuduqları üçün qaldıqları hissəni
xatırlamaq, eyni zamanda oxuduqlarını düşünmək və analiz etmək
qabiliyyətinə malik olurlar ki, bu da beynin gənc qalmasına kömək edir.
Xüsusən unutqanlığı əngəlləmək üçün mümkün qədər az film izləməkdə fayda
var.
Psixoloq Qurban Talıblının fikrincə,
kitab oxumağın yerini hər hansı bir filmin alması qeyri-mümkündür. İnsan
filmdən zövq ala bilər, hadisələrin gedişatında özünü hadisənin
qəhrəmanı kimi isə görməz. Əsas məsələ anı yaşamaq və problemlərdən
çıxış yolunu tapa bilməkdir: "Film imkan vermir ki, insan beynini işə
salsın, analiz qabiliyyətindən istifadə etsin. Film çeynənilmiş qidanı
udmağa bənzəyir, kitab isə əskinədir. Heç bir film, tamaşa, səyahət 1
kitabın verdiyi müsbət auranı, düşünmə qabiliyyətini, əhvalı, biliyi
vermə imkanına malik deyil. Kitab oxumaq başqa üsullarla müqayisədə
insana sakitləşməyə və yüngülləşməyə tez bir zamanda kömək olur. Qiraət
edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi
normallaşır. Bundan başqa, kitab oxumağın insan üçün digər əvəzedilməz
faydaları da var. Kitablar xüsusilə uşaqların zehni, hissi, sosial və
dil inkişafında önəmli tədris vasitəsidir. O uşağın yaradıcı təxəyyül
gücünü genişləndirir, inkişaf etməkdə olan daxili və xarici dünyasına öz
müsbət təsirini göstərir. Bu nöqteyi-nəzərdən heç bir film 1 kitabı
əvəz edə bilməz".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!