Yeni tikiləcək ən hündür bina harada olacaq?

Yeni tikiləcək ən hündür bina harada olacaq?
Maraqlı məlumatlar
10.09.2017 52
Afrikanın ən ən hündür göydələni Mərakeşin ən iri şəhəri olan Kasablankada inşa olunacaq. Layihənin ilkin adı «Al-Noor Tower»dir. Ərəb dilindən tərcümədə  «Nur Qülləsi» anlamına gələn göydələnin sonradan adının dəyişdirilərək ona Mərakeşin hazırkı hakiminin şərəfinə Kral VI Məhəmmədin adı veriləcək.
Layihəni Səudiyyə Ərəbistanından olan iş adamı şeyx Tarek ben Ladenəməxsus şirkət reallaşdıracaq. Göydələnin təxmini dəyəri bir milyard dollardır. Вinada yeddi ulduzlu mehmanxana, iş və ticarət mərkəzləri yerləşəcək. Tikinti işlərinə gələn ilin iyununda başlanacaq və üç il sonra, 2018-ci ilin iyununda başa çatacaq. Layihənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, göydələndəki 114 mərtəbə Qurandakı surələrin sayı ilə eynidir, hündürlüyü isə Afrika qitəsində yerləşən 54 ölkəni xatrıladır.
Qeyd edək ki, hazırda dünyanın ən hündür binası Dubayda yerləşir. «Burc Əl Xəlifə»nin hündürlüyü830 metrdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!