Arzularınız yerinə yetsin deyə

Arzularınız yerinə yetsin deyə
Maraqlı məlumatlar
10.09.2017 49
Yəqin ki, hamımız düşüncələrin material olduğunu eşitmişik. Bu həqiqətən də belədir. Amma bu sehrlə baş vermir, bu tamamilə psixoloji bir şeydir. Arzuların yerinə yetməsi üçün onları düzgün formalaşdırmaq lazımdır.
Formalaşdırmaq.
İstədiyinizi nə qədər dəqiq istəsəz,o qədər yaxşıdır. İnkar ifadələrini əsla işlətməyin. "Xəsətlənmək istəmirəm" yox, "sağlam olmaq istəyirəm" deyəcəksiniz, "kök olmaq istəmirəm" yox, "arıq olmaq istəyirəm" deyəcəksiniz və s.
Detallaşdırmaq.
Məsələn, arıqlamaq istəyirsiniz. İndisiz bunun necə baş verəcəyini detallarla düşünməlisiniz. Kağızda necə qəşəng olduğunuz, dənizdə istədiyiniz kimi çimərlik geyimi geyinməyiniz haqqında,dükanlarda kiçikölçülü paltarların sizə necə yaraşdığı haqqında utanmadan kiçik bir esse yazın (söhbət təkcə arıqlamaqdan getmir,mən misal yazdım sadəcə).
Hazırda.
Bu haqda mütəxəssislərdə fikir ayrılıqları olsa da,onların çoxu arzularınızı gələcəyə yox,hazırki vaxta formalaşdırmağı məsləhət görürlər. Yəni özünüzü elə aparın ki,artıq siz bunu əldə etmisiniz, nail olmusunuz. Məsələn, "mən iş tapmaq istəyirəm" yox, "mən iş tapacam"  və s. və arzularınız yerinə yetməyə başlayacaq.
Sərhədlərin genişlənməsi.
Arzunuzu məsələn, "mən maşın almaq yolundayam" deyə formalaşdırmayın. Bəlkə siz onu hansısa lotareyada udacaqsınız və ya onu sizə hədiyyə edəcəklər? Ona görə də arzularınızı məsələn, "mən maşını istəyirəm və onu əldə edəcəm" deyə formalaşdırın.
Vizuallıq.
Təsəvvür edin ki, arzunuz həyata keçib. Məsələn, təzə ev istəyirsiniz. Orda necə yaşadığınızı,səhər oyandığınızı, yemək bişirdiyinizi, qonaq qarşıladığınızı təsəvvür edin. Evin bütün interyerini və yanınızda kimin olduğunu təsəvvür edin. Bunu hər gün təsəvvür edin.
Gözlənti.
Yadda saxlayın ki, arzular sehrlə yerinə yetmir, ona görə də buna vaxt tələb olunur. Ona görə də arzularınızın sabah və ya bu həftə mütləq yerinə yetəcəyini düşünməyin. Əlbəttə ki, ola bilər elə günü bu gün yerinə yetsin,amma səbr etmək və arzuları mükəmməlləşdirmək -formalaşdırmaq, detallaşdırmaq və təsəvvür etmək lazımdır.
Yerinə yetmə.
Bu məqamda şansı əldən buraxmamaq lazımdır. Çox ola bilər ki, sizə ideal iş təklif olunsun və ya həyatınızın insanı qabağınıza çıxsın və siz qorxub geri çəkiləsiniz. Heç vaxt qorxub geri çəkilməyin, şansınızı sınayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!