Qadını zorlayırlar, sonra da daşqalaq edirlər

Qadını zorlayırlar, sonra da daşqalaq edirlər
Maraqlı məlumatlar
10.09.2017 43
 
Bu sadəcə dəhşətdir. Əfqanıstanda qanunlara görə qadına təcavuz edirlərsə, həmin qadın daşqalaq olunub öldürülməlidir. Bu nə haqsızlıq, Ya Rəbbim?

CNN bildirir ki, Kabulun şəhər məhkəməsi Gülnaz adlı əfqan qadını qorxunc seçim qarşısında qoyub. Belə ki, qadın ya 12 il həbsdə yatmalı, ya da ona təcavüz edən kişiyə ərə getməlidir.

Məhkəmə başlananda 19 yaşı olan Gülnaz, indi Kabulun Badam Bağı səmtindəki həbsxanadadır. Təcavüz nəticəsində dünyaya gətirdiyi uşağı da onunladır.

"Anam xəstəxanaya gedən kimi o, evimizə girdi. Qışqırmağa başladım, amma ağzımı tutub yerə yıxdı, təcavüz etdi. Nə edəcəyimi bilmirdim", - Gülnaz deyib.

Əfqanıstanda belə təcavüzə məruz qalmış qadınlar adətən, daşqalaq olunur.
Gülnaz məhkəməyə üz tutanda isə "nikahdankənar əlaqə"yə görə cəzalanıb.

İndi o, əmisi qızının ərinə - təcavüz edən kişiyə ərə gedərsə, "namusunu qorumuş" qadın sayılacaq və həbsxanadan azad ediləcək. Beləcə, Gülnaza təcavüz etmiş kişi də həbsdən çıxacaq.

Əks təqdirdə, Gülnaz ömrünün 12 ilini həbsxanada keçirməli olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!