Adət-ənənələrin yaşadılması çox vacibdir

Adət-ənənələrin yaşadılması çox vacibdir
Maraqlı məlumatlar
10.09.2017 36
Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir.
Adət-ənənələrin yaşadılması çox vacibdir. Çünki milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası isə bu gün bizlərin üzərinə düşür.
Bəs milli dəyərlərimiz bu gün qorunurmu? Onları yaşatmaq üçün səy göstəririkmi?
Birinə "adət-ənənələrimiz itir" deyəndə, "müasirləşirik də!" cavabını alırıq. Bir çoxları inkişaf, müasirləşmək deyəndə çox təəssüf ki, bunu millilikdən uzaq olmaqda görür. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı, xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur. Amma onlar hələ də taxta çöp parçaları ilə yeməklərini yeyirlər. Müasirlik, onların adət-ənənələrinə heç də təsir etmir. Bir də Azərbaycana baxaq. "Müasirləşirik də" cavabını verənlər oralarda olsaydılar, yenə də belə düşüncəsiz cavab verəcəkdilər? Bəlkə də çoxlarının beynində elə bir forma yaranıb ki, guya öz adət-ənənələrinə əməl edənlər geridə qalmış kimi sayılır. Bunu düşünən insan elə məhz özü geridə qalandır. Başqalarının adət-ənənələrini qavramaq, insanı geridə qalmış kimi göstərir. Əsas odur ki, gərək öz ənənələrini özgə birilərinə tanıtdırasan. Bax, o zaman irəli sayılırsan. Başqalarına adət-ənənələrimizi tanıtdırmaq bir yana, vətənimizin sərhədləri daxilində adət-ənənələrimizə əməl edənlər azdır.
Bizə xas olan musiqi mədəniyyətimiz, toy-nişan adətlərimiz, milli rəqslərimiz, geyim tərzlərimiz və bir çox adət-ənənələrimiz artıq yaşanmır günümüzdə. Bunun da günahı özümüzdən başqa heç kəsdə deyil. Ötənlərdə "Eurovision" müsabiqəsi keçirildi. Ora çıxıb bizi təmsil edənlər bizə xas olmayan hər şeyi sərgilədilər o səhnədə. Görəsən, özümüzə xas oxuyub oynasaydıq pis olardı? Yoxsa utanırıqmı öz adət-ənənələrimizi özgə birinə tanıtmaqdan? Həmən utananlar başqalarından görüb-götürməsinə niyə utanmır?
Bu gün adət-ənənələrimiz əsasən şəhərlərdən uzaq bölgələrdə, dağ ətrafı zonalarda yaşayır. Oralara yolumuz düşəndə, şəhərdə görmədiklərimizlə qarşılaşırıq. Bölgələrimizdəki qonaqpərvərlik, yaşayış, baxış tərzi, milli mətbəx yeməkləri, abırlı geyim tərzi əsl Azərbaycanı xatırladır insana. Amma onlara geridə qalmışlar kimi baxanlar var. Həmən özünü irəli getmiş kimi görən şəxslər səhv yolda irəliləyirlər. Bütün bunların səbəbi dərin düşünməməkdən, özünü zəif görməkdən, görünüşə aldanmaqdan savayı heç nə deyil. Bu zəif düşüncə mövzusuna "Problemlərimiz" bölməsi altında yerləşən, "Zəif düşüncə" başlığı altında daha dərin toxunmuşuq.
Milli dəyərlərə göstərilən soyuq münasibət. Problemlərimiz...
Gəlin itirdiklərimizin elə bu gün fərqinə varaq və onların qarşısına keçək. Bir millətin özgələrindən fərqini vurğulayan ən önəmli xüsusiyyətlərdən biri, milli mədəniyyətidir, adət-ənənələridir. Yoxsa belə getsə, sabah "Mən azərbaycanlıyam" sözünün başqaları üçün bir mənası qalmayacaq. Bizləri də özlərindənmiş kimi biləcəklər.
Qarşılıqlı sevgi, gözəl toy və xoşbəxt ailə hər birimizin arzusudur. Gün keçdikcə gənclərimiz toylarımıza yeniliklər əlavə edirlər. Ancaq çox təəssüf ki, bir çox toy adət-ənənələrimizi unutmağa başlayırıq. Bəzilərimizi bu qane etsə də, bir çoxlarımız adət-ənənələrimizə uyğun toy arzusundayıq.
Bəzilərinin fikrincə isə artıq müasir zəmanəyə ayaq uydurmalıyıq. Məhz bunun üçün də adət-ənənələrimizi müasir rəqs növləri ilə əvəz edirik.
Yəqin ki, bir çoxlarımız qeyri-adi toyları izləmişik. Qeyri-adilik, fərqlənmək gözəldir, ancaq adət-ənənələrimizi dəyişəcək qədər vacibdirmi?
Əlbəttə ki, yaşlı nəsil adət-ənənələrimizi üstün tutaraq övladına gördüyü kimi toy arzulasa da, gənc nəslin nümayəndələri zaman-zaman bu fikirlə razılaşmaya bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!