Məcbur olduqlarımız

Məcbur olduqlarımız
Maraqlı məlumatlar
10.09.2017 22
[/center]
[center]

Bezdim qaranlıq dünyamda işıq axtarmaqdan.. Bezdim hər şey yaxşıdır deyib yalan danışmaqdan.. Hər keçən gecəni gözü yaşlı, hər açılan səhəri məcburi gülüşlə qarşılamaqdan bezdim.. Bezdim gözdən yaş gələ-gələ gülümsəməkdən.. Bezdim yollara baxan həsrət dolu baxışlardan.. Bezdim yalanlardan..qəm-qüssədən..keçməyən kədərdən.. Bezdim üzümə gülüb arxamca danışan insanlardan.. Bezdim arxadan vurulan zərbəyə “Həyatdır..bunları yaşamasam addımlamaram!” deməkdəan.. Çirkli havanı udmaqdan, nəfəs almaqdan belə bezdim... Nalayiq hərəkətləri, sözə gedən, yaxşılığı itirən, böyük-kiçik yerini bilməyən insanları görməkdən bezdim... Gündə 5 dəfə azan eşitmək yerinə, haram musiqiyə qulaq asandildə "Müsəlman” olan məxluqları görməkdən hətta nifrət etməkdən belə bezdim... Gözə girmək üçün bəndənin önündə yaxşı olmağı, ALLAHın qabağında isə günahkar olmağı seçən qullardan bezdim...Bahar arzusunda olub, həyat fəsillərimi ancaq Qış kimi keçirməkdən bezdim.. Atılmış valideynlərin o məsum baxışlarına baxıb utanmaqdan bezdim.. Kimsəsiz uşaqların bir nəvaziş üçün ağlamaqlarını eşitməkdən bezdim... Sevgi boş şeydi deyib, sevgiyə görə qürurlarından keçən ağılsızlara gülməkdən bezdim...İnsanların ac, heyvanların tox olduğunu bilməkdən bezdim.. Şeytanın hiyləsinə düşən “möminlərin” Din haqda çox bilmiş kimi danışdıqlarına qulaq asmaqdan bezdim...Axmaqların alim, savadsızların həkim, biliksiz müəllimlərin, Fatihə sürəsindən başqa heçnə bilməyən Din xadiminin, itin ət - insanın sümük yediyi,hər gün fəlakət baş verən, minlərlə şəhid verən,Yas məclisinin ehsanında kabab yeyilən,Dini bölən,ALLAHın önündə eyni olan bəndələri təbəqəyə bölən, oxuyan çöldə - pul verən onun yerinə universitetdə oturan, dünya malı ilə hörmət qazanan insanların zəmanəsini, bu yolda qurulan həyat qanunları ilə yaşamaqdan bezdim sadəcə..Acı amma həqiqətlər ilə dolu olan səhv yollarda addımlamaqdan bezdim..Məcburam..Məcbur olmaqdan bezdim..

[center][/center]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!