Dilinin altına qənd qoy!

Dilinin altına qənd qoy!
Maraqlı məlumatlar
10.09.2017 30
Yəqin, çoxları yaşlı adamlardan bu sözü tez-tez eşidiblər. Çox məsələdə olduğu kimi, elə burada da ağsaqqallarımız-ağbirçəklərimiz haqlıdırlar.
İş burasındadır ki, qanda şəkərin səviyyəsinin düşməsi insanı tündməcaz edir.
Qadınlar.biz Rusiya mətbuatına istinadən bildirir ki, psixoloqlar 107 ailəli qadın və kişini qarşılıqlı münasibətləri və axşamlar qovğa edib-etməmələri barədə sorğu-sual ediblər.
Ölçmələrdən sonra belə nəticə hasil olub ki, qanda şəkərin səviyyəsi nə qədər aşağı olubsa, həmin adam bir o qədər tez özündən çıxıb, qıcıqlanıb.
Bundan başqa, belə adamlar gün ərzində qohumları ilə 2 və daha artıq dəfə dalaşıblar.
Eyni zamanda şəkərin defisitinin insanları niyə belə aqressiv etdiyi məlum deyil. Mütəxəssislər təxmin edirlər ki, ola bilsin, beyin işini düzgün qurmaq üçün daha çox şəkərə ehtiyac duyur.
Qanda şəkərin miqdarının düşməsinə səbəb kimi isə alimlər sərt pəhrizləri və yarımçıq qidalanmağı əsas götürürlər. Ancaq iş təkcə qəbul edilən qidanın yetərsizliyində deyil. Məlum olub ki, düzgün olmayan qida seçimi də qanda şəkərin miqdarını azalda bilər (məsələn, desert qismində bir tikə tort və bir qədəh şərab qanda şəkəri artırmır).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!