Ömrün uzunluğunu əvvəldən görmək olacaq

Ömrün uzunluğunu əvvəldən görmək olacaq
Maraqlı məlumatlar
10.09.2017 38
Başqa hüceyrə strukturlarından fərqli olaraq, mitoxondrilərin özünün dezoksiribonuklein turşuları (DNT) vardır. 2-10 ədəd elə də böyük olmayan xromosom mitoxondrinin funksiyası üçün 37 ədəd geni kodlaşdırır. Sən demə, mitoxondrial DNT-nin (mtDNT) sayı ilə insan səhhətinin vəziyyətini, hətta ömrün uzunluğunu proqnozlaşdırmaq olar.
Con Hopkins Universitetinin alimləri bunu ortaya çıxarıblar.
Bundan əvvəlki araşdırmalarda alimlər yaşlı insanlarda xəstəlik, əzələ kütləsinin azalması və mitoxondrial DNT-lərin miqdarı arasındakı əlaqəni aşkar ediblər. Tez-tez xəstələnmək qocalmağın əsas əlamətlərindən biridir. Buraya zəiflik, enerji azlığı və çəkinin aktivliyinin azalması da daxildir.
1980-ci illərdə başlanmış və 20 il ərzində davam etmiş tədqiqatlarda mütəxəssislər qan nümunələrində mtDNT-lərin miqdarını analiz ediblər. Məlum olub ki, xəstəliyə meylli olan insanlarda mtDNT-lərin miqdarı təxminən 9% az olur.
Tədqiqatlar ortaya çıxarıb ki, mtDNT-lərin miqdarının az olduğu insanlar digər insanlara nisbətən 31% daha çox xəstəliyə meylli olurlar. Tədqiqatçılar könüllülərin nə vaxt dünyalarını dəyişdiklərini də araşdırıblar. Mitoxondrial DNT-lərin miqdarı çox olan insanlar digərlərindən təxminən 2.1 il çox yaşayıblar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!