Heç Bir Şey Təsadüf Deyildir...

Heç Bir Şey Təsadüf Deyildir...
Maraqlı məlumatlar
10.09.2017 16
 
Bəzən həyatımıza girən elə insanlar olar ki, onların müəyyən bir məqsədə xidmət etmək, bizə bir dərs vermək, kim olduğumuzu ya da olmaq istədiyimizi tapmağımıza kömək etmək üçün bizimlə olduqlarını ürəyimizin dərinliklərində hiss edərik...
Bu insanların kim olacağını əsla əvvəldən bilmərik... Bəlkə otaq yoldaşınız, qonşunuz, uzun zamandır görmədiyiniz bir yoldaşınız, sevgiliniz ya da bəlkə də yalnız göz-gözə gəldiyiniz yad bir insan...
Hər kim olursa olsun, o rastlaşma anında həyatınızın hər hansı yolla təsirlənəcəyini bilərsiniz. Bəzən həyatınızda elə qorxunc hadisələr yaşayarsınız ki, o anda bu hadisələr sizə qorxunc kədər dolu, haqsız kimi görünər. Ancaq fırtına sakitləşdikdən sonra bütün bu hadisələrin öhdəsindən gəlməmiş olsaydınız, əsla potensialınızın, gücünüzün, əzminizin və ürəkliliyinizin fərqinə çata bilməyəcəyinizi anlarsınız...
Hər hadisənin bir reallaşma səbəbi vardır. Heç bir şey təsadüfən, pis ya da yaxşı şans səbəbiylə reallaşmaz. Xəstəlik, yaralanma və təcrübəsizliklər, ruhumuzun sərhədlərini test edən hadisələrdir.İstər hadisələr, istər xəstəliklər, istər əlaqələr olsun, bu kiçik testlər olmasaydı həyat heç bir yerə çatmayan düz və darıxdırıcı bir yol kimi uzanıb gedərdi. Etibarla və rahat, ancaq boş və məqsədsiz...
Həyatınıza, müvəffəqiyyətlərinizə və düşüncələrinizə təsir edən insanlar, şəxsiyyətinizi yaradan insanlardır. Pis təcrübələr belə bəzilərindən öyrənilə bilər. Bu dərslər ən çətin, ancaq böyük bir ehtimalla ən əhəmiyyətli olanlardır. Əgər biri sizi incitsə, xəyanət etsə ya da üzsə, sizə etibarı və ürəyinizi açdığınız birinə qarşı diqqətli olmağı öyrətdikləri üçün onları bağışlayın. Əgər biri sizi sevsə, siz də bunun qarşılığında onu şərtsiz sevin. Yalnız onlar sizi sevdiyi üçün deyil, sizə sevməyi və onlar olmadan görə bilməyəcəyiniz ya da hiss edə bilməyəcəyiniz şeylərə ürəyinizi və gözlərinizi açmanızı öyrətdikləri üçün...
Hər günün dadını çıxarın. Hər anın dəyərini bilin və bəlkə də təkrar yaşaya bilməyəcəyiniz bu andan ala biləcəyiniz ən çox şeyi almağa çalışın. Daha əvvəl heç danışmadığınız insanlarla danışın, onları dinləyin, aşiq olun, zəncirlərinizi qırın və gözünüzü zirvəyə dikin...
Başınızı dik tutun, çünki bunun üçün hər cür haqqınız var. Özünüzə böyük bir insan olduğunuzu təkrarlayın və özünüzə inanın. Əgər özünüzə inanmasanız, heç kim sizə inana bilməz. Həyatınızı necə istəyirsinizsə elə şəkilləndirə bilərsiniz...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!