Bizmi saxtayıq yoxsa Həyatmı?

Bizmi saxtayıq yoxsa Həyatmı?
Maraqlı məlumatlar
10.09.2017 47

Həyat! Niyə insanları bu qədər qəddarlaşdırırsan? İnsanların qəlbi kinlə, nifrətlə dolub. Artıq nə dost tanıyanlar var nə də tanış. Hər kəs öz xeyrini güdür. İnsanlar pula var dövlətə görə nələr edir... Öz ailələrini belə pula satanlar var bu dünyada. Öz xoşbəxtliyi üçün minlərlə insanı bədbəxt edənlər var. İnsanların gözü bağlanıb. Hər kəsin ürəyində bir dərd kədər var. İnsanlar artıq saf təmiz hissləri unudublar.

Artıq SƏNİ SEVİRƏM! Sözünün bir mənası qalmayıb. Artıq həyat saxtalaşıb. İnsanlar artıq sevməkdən qorxur.





VƏTƏNƏ sevgi qalmayıb. Hər kəs elə nədənsə şikayətlənir. Artiq biz doğma vətənimizi unuduruq.





AİLƏ! İnsanın həyatda sahib olduğu ən dəyərli şey. Amma indi ailə birliyini və ailə səadətini çox az tapmaq olur. Uşaqlar vaildeyinlərini, valideyinlər uşaqları anlamır. Vaildeyin və uşaqlar arasında nəisə bir sərhəd var!


[/center]
[center]DOSTLUQ! İndi heç kəsə inanmaq olmur. Elə hər kəs bir-birinə “dostum”, “canım”, ”gözüm” kimi saxta sözlər deyir. Üzdə gülür arxada pisliyinə danışır. Budurmu dostluq?


[/center]
[center] Niyə? Niyə biz insanlar bu qədər çox dəyişirik? Bizi belə dəyişməyə axı nə vadar edir? Biz nə edək ki, belə çox dəyişməyək? Axı bu hisslər bizi xoşbəxt edən ən gözəl, saf, təmiz hisslərdir. Əgər bu hisslərdə saxtalaşmışsa biz nə ilə xoşbəxt olaq??? Pullamı? Var dövlətləmi? Bu saf, təmizhissləri pulla, var dövlətlə əldə etmək olarmı?


[/center]
[center] Deyirlər ki, həyat qəddardı. Bəli! Bu fikir doğrudur! Amma onu da belə qəddar edən biz insanlarıq! Belə bir şeydə deyirlər ki, həyatda pis insan yoxdu! Pis şərait var. Amma pis şəraiti də biz insanlar yaratmırıqmı??? Biz insanlar heç cür xoşbəxt ola bilmirik. Heç düşünmürük ki, öz xoşbəxtliyimizi özümüz Məhv edirik!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!