Bədbəxt insanların 6 vərdişi

Bədbəxt insanların 6 vərdişi
Maraqlı məlumatlar
10.09.2017 69
Mükəmməl olmağa can atmaq
Əgər sən mükəmməli istəyirsənsə, onda hər şey çətin olacaq. Bu cür insanlara xoşbəxt olmaq çətin olur, çünki hər şeyin ən idealını qazanmaq istəyirlər.
Həmişə nədəsə narazı olan insanlarla oturub-durmaq
İnsan sosial varlıqdır. Biz ətraf mühitdən təcrid olunmuş şəkildə heç kimi və heç nəyi eşitmədən yaşaya bilmərik. Görüşdüyümüz insanların da bizə təsiri var. Ətrafında sənə elə hey "həyat pis zarafatdı, ədalətsizdi, xoşbəxt olmaq zülmdü deyən insanlardan uzaq qaç.
İndiki vəziyyəti düşünmək yerinə, daima keçmiş və gələcəyi düşünmək
"Burda və indi” qaydasını hər kəs bilir. Keçmiş və ya gələcəklə bağlı düşüncələrə qapılmaq indiki zamanda yaşadığımız vacib dəqiqələri ötürməyimizə səbəb olur. Həmişə "niyə bu mənə də alınmadı? Niyə mənə yox dedilər?,  Niyə bunu düzgün etmədim?” kimi neqativ düşüncələrə qapılırıq.
Keçim əzablar, bədbəxtliklər, bütün bunlar "indi və burda” yaşayacağımız olan xoşbəxtliyin parçasını qoparır. Bütün hər şeyin öz vaxtı var - üzüldük, analiz etdik, nəticələr çıxardıq və irəliyə getməliyik.
Özünü və həyatını başqaları ilə müqayisə etmək
Kiminsə həyatında bəzi işlər çox yaxşı gedə bilər, ancaq onun həyatının bəzi aspektlərində  yaxşı getməyən işlər də var, elə sizdə olduğu kimi. Özünü başqası ilə müqayisə etmək çox pis vərdişdir. Və bu zaman əgər kimsə sizdən daha yaxşı olursa,  onda sizə daha da pis təsir edəcək.
Həyatdakı mənfi anlara fokuslanmaq
Çox irəli getmək lazım deyil, elə öz növbənizdə gözləyin. Pis bir şey olanda , " Əvvəl heç belə deyildi. Zəmanə dəyişib, falan filan..” bu kimi düşüncələrə fokuslanmayın.
Həyatın mürəkkəbliyini artırmaq
Həyat – maraqlı zarafadı və eyni zamanda olduqca mürəkkəbdir. Ən maraqlısı odur ki, həyatdakı çətinlikləri və aşılmazları biz özümüz özümüzə yaradırıq. İnsanların " sonra, əgər " düşünmələri bu çətinliyi artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!