Əgər bir gün bütün insanların hamısı ölərsə...

Əgər bir gün bütün insanların hamısı ölərsə...
Maraqlı məlumatlar
10.09.2017 33
İnsanoğlu yaradılmışların ən mükəmməlidir. Ancaq çox vaxt elə bu mükəmməl varlıq dünyaya və onun digər sakinlərinə ən böyük ziyanı, zərəri vurur. Bəzən yazarlar, ekoloqlar Yer kürəsinin insansız daha xoşbəxt olacağını bildirirlər. Bir qrup elm adamı da insansız dünyada nələrin baş verəcəyinə dair təxmini hesablamalar aparıblar. Sizə həmin hesablamanın nəticələrini təqdim edirik. Beləliklə, insansız dünya:

İlk həftə

Elektrik stansiyaları yanacaqla işlədiyi üçün insansız onların işlərini davam etdirməsi qeyri-mümkündür. Hətta küləklə işləyən turbinlər belə, tez-tez yağlanmasa, fəaliyyətini dayandıracaq. Məhz bu səbəbdən əgər insanoğlu bir anda dünyadan yox olsa, o zaman Yer kürəsində ilk işıqlar kəsiləcək. Atom elektrik stansiyalarının təxminən iki il maneəsiz çalışacaq enerji ehtiyatı var. Ancaq stansiyanın istehsal etdiyi enerji istifadə olunmazsa, reaktorlar avtomatik iki gün ərzində öz-özünə sönəcək. Beləliklə, bütün stansiyaların sıradan çıxması ilə bir həftə ərzində dünya qaranlığa qərq olacaq.

10 gün sonra

Marketlərdə, anbarlarda və evlərdə bütün qida məhsulları xarab olmağa başlayacaq. Siçan və siçovul kimi gəmiricilər binaların yeni sakinlərinə çevriləcəklər.

1 il sonra

Vaxtilə insanlara məxsus şəhərlər vəhşi heyvanların hakimiyyəti altına keçəcək. Yollar, parklar bitki örtüyünün altında qalacaq. Binalar bitkidən paltarlara bürünəcək. Təbii fəlakətlər, sellər artacaq.

25 il sonra

Əslində 25 il insansız bir məkanın necə olacağına Ukraynanın Pripyat şəhəri bir nümunədir. Çernobıl qəzasından sonra boşaldılan şəhərdə artıq 28 ildir həyat mövcud deyil. Ancaq nüvə fəlakətindən sonra belə şəhərdə fauna və flora nümunələri yaşamağa davam edir. Alimlərin ehtimallarına görə, 25 ildən sonra dəniz səviyyəsinə yaxın olan London, Amsterdam kimi şəhərlər su altında qalacaq. Göydələnlərin şüşələri daralma və genişlənmə nəticəsində qırılmağa başlayacaq. Boşalan binalar quş və böcəklər üçün yuvalara çevriləcək.
İnsanların ucbatından nəsli kəsilməkdə olan canavarların sayı durmadan artacaq. Buna bir misal olaraq ABŞ-ın "Yellowstone” milli parkındakı canvarları göstərmək olar. 1995-ci ildə milli parka bir neçə cüt canavar buraxılmışdı. On ildən sonra onların sayı 1500-ə çatmışdı.

50 il sonra

Böcəklərin "acgözlüyü” və kiflənmə nəticəsində bütün bina və evlər yerlə bir olacaq. Su anbarlarının beton divarlarında əmələ gələn çatlar böyüyəcək. Anbarların nəhəng su ehtiyatı qarşısına çıxan hər şeyi yuyub aparacaq. Körpülər korroziya nəticəsində çökməyə başlayacaq.

100 il sonra

1 əsrdən sonra dünyadakı bütün fotoşəkillər, videolentlər məhv olacaq. İnsanoğlunun varlığını sübut edəcək heç bir görüntülü dəlil qalmayacaq. Eyni aqibət kitabları da gözləyəcək. 200 ildən sonra əzəmətli duruşu ilə hamını heyran edən Eyfel qülləsi də korroziya nəticəsində belini bükəcək.
 
Qeyd edək ki, bu hesablama milyard illəri əhatə edir. Biz isə sizə yalnız onun kiçik bir hissəsini təqdim etdik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!