Qınamayın ki, qınananlardan olmayasınız

Qınamayın ki, qınananlardan olmayasınız
Maraqlı məlumatlar
10.09.2017 54
Günlərin bir günü 25 yaşlı oğlan və atası qatarın vaqonuna daxil olub yerlərini tutdular.
Oğlan pəncərə tərəfdə əyləşmişdi.
Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini pəncərədə bayıra çıxardı və birdən heyrətlə qışqırdı: "Ata, görürsənmi, bütün ağaclar geriyə gedir!"
Yaşlı kişi cavabında gülümsədi.
Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın özünü uşaq kimi aparması təəccüblü gəlmişdi.
Oğlan qəfildən yenə də heyranlıqla qışqırdı: "Ata, gölə bax, heyvanlara bax! Buludlar bizimlə birgə hərəkət edir!"
Cütlük oğlanın qəribə hərəkətlərini utanaraq, bir-birlərinə qəribə tərzdə baxaraq müşahidə edirdi.
Ata isə oğlunun davranışında heç bir qəribəlik görmürdü.
Yağış yağmağa başladı, damcılar oğlanın əllərinə düşdü. O, yenə də sevinclə gözlərini yumub qışqırdı: -"Ata, yağış yağır! Görürsənmi, ata?!"
Bayaqdan oğlanın hərəkətlərini izləyən ərlə arvad kişiyə dedilər: "Siz niyə oğlunuzu hansısa bir klinikaya aparmırsınız?"
Kişi cavab verdi: Biz elə klinikadan gəlirik. Bu gün mənim oğlumun ömründə ilk dəfə gözləri görməyə başlayıb.....
Başqa insanların işləri və hərəkətləri haqqında tam məlumatı olmadan onları qınamaq olmaz. Hər şeyi yalnız Allah(c.c) bilir. Onagörə də qınamayın ki, qınananlardan olmayasınız!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!