Mühiti dəyişə bilmirsənsə, münasibətini dəyiş

Mühiti dəyişə bilmirsənsə, münasibətini dəyiş
Maraqlı məlumatlar
10.09.2017 45
Psixoloqa müraciət etməzdən əvvəl psixoloqun kim olduğunu bilmək lazımdır. "Psixoloq lazımdırmı?”, "Nə üçün lazımdır?” sualları ilə cəmiyyətimizdə tez-tez qarşılaşırıq.
İnsanın psixikası ruhi aləmi elə quruluşa malikdir ki, ona təsir etmək mümkündür. İnsanın həssaslıq səviyyəsindən asılı olaraq onda bir neçə sözlə yüksək əhval-ruhiyyə yaratmaq, həvəsləndirmək, yeni maraqlar oyatmaq olar və bunu yalnız psixoloq bacarmır. Eyni zamanda bir neçə sözlə insanı ruhdan salmaq, həyatdan küsdürmək olar. Heç psixologiya elmindən xəbəri olmayan da bunu bilir və qəbul edir. İnsan psixikasına, daxili aləminə pozitiv yöndən təsir psixoloqa həvalə olunur. Hamımızın bir neçə kəlmədən ibarət təsəlliyə, kiçik və xoş jestə ehtiyacımız olan anlarımız olur. Ya da elə problemlərimiz olur ki, onu sadəcə danışmaqla da rahatlıq tapa bilirik. Amma ətrafımızda bu problemləri danışmağa kimsə tapa bilmirik. Ya başa düşülməməkdən, ya da özümüz haqda xoş olmayan təəssurat formalaşdırmaqdan ehtiyat edirik. Yaxud elə vaxtlar olur ki, insan özünü boşluqda hiss edir, heç nəyə həvəsi, meyli olmur. Hər şeyi mənasız, boş və gərəksiz görür. Bu və ya digər səbəblərdən dolayı psixoloq cəmiyyət üçün əvəzolunmazdır. Psixoloq özü və ya mühit tərəfindən sıxılan, təzyiqə məruz qalan insanları gərginlikdən, sıxıntıdan azad edir, gizli qalmış qabiliyyətini üzə çıxarır, ona pozitiv stimul verərək onu cəmiyyətə qazandırır. Burada "insanın özü” sözünü işlətdim, çünki insan bəzən özünü haqsız tənqid edir, özündə yersiz utancaqlıq, qorxaqlıq və zəiflik yaradır. Bunları dəf etmək üçün psixoloqa müraciət etmək məqsədəuyğundur. Amma bunu hamı bilməlidir ki, psixoloqa sağlam düşüncəli insanlar da müraciət edirlər, mütləq ağır travma almaq vacib deyil.
Hətta psixoloqun özü belə  ara-sıra psixoloqa müraciət edib faydalı məsləhətlər ala bilər. İldə bir dəfə də olsa psixoloqa müraciət yalnız səmərəli və faydalıdır. Amma bunu bilmək lazımdır ki, psixoloq problemləri həll etmir, insanlarda ruh düşkünlüyünü, özünə qapanmanı, neqativ ab- havanı aradan qaldırır. Bununla da insan özündə güc tapıb problərini həll edir, bir növ doğru istiqamətə yönləndirir. Onu da deyim ki, Azərbaycanda hal-hazırda psixologiyanın inkişafında irəliləyiş var. Ümumiyyətlə dünyada XXI əsr psixologiya əsri elan olunub.  Mən Azərbaycanda və dünyada psixologiyanın inkişafından narazı deyiləm. Paytaxtımızda və bölgələrdə məsləhət mərkəzləri fəaliyyət göstərir, insanlar çəkinmədən belə mərkəzlərə müraciət edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!